Icma.az
close
up
RU
Sabiq prezidentin tərəfdarları 200 əsgəri əsir götürüb

Sabiq prezidentin tərəfdarları 200 əsgəri əsir götürüb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Boliviyanın keçmiş prezidenti Evo Morales hökuməti onlarla dialoqa inandırmaq üçün başlatdığı aclıq aksiyasının ikinci günündə BMT Baş katibi Antonio Quterreşə məktub göndərib.
Reyting.az
Boliviya mətbuatına istinadla xəbər verir ki, Morales Baş katibə məktubunda Boliviyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.
“Bu məktub vasitəsilə BMT Baş katibi Quterreşdən sevimli Boliviyamızın düşdüyü kritik vəziyyətlə bağlı narahatlığımıza cavab verməsini gözləyirik. Artan zorakılıq və dövlət repressiyalarına son qoymaq üçün təsirli və səmimi dialoq tələbimizi ifadə edirik”,- sabiq prezident qeyd edib.
Morales ölkədəki iğtişaşlara son qoymaq üçün prezident Luis Arce hökuməti ilə səmimi dialoqa hazır olduqlarını bildirib və beynəlxalq təşkilatlardan, dost ölkələrdən dəstək istəyib.
Oktyabrın 28-də özünə qarşı silahlı hücumu xatırladan Morales yazıb:
“Prezident Maduro mənə iki avtomobil borc verməsəydi, silahlı hücum mənim həyatım bahasına başa gələ bilərdi. Prezident Maduro bir növ həyatımı xilas etdi”.
İqtisadi və siyasi tələblərinin masada olduğunu vurğulayan Moralesin sözlərinə görə, Arce hökuməti onları dinləyənə qədər aclıq aksiyasına davam edəcəklər.
Digər tərəfdən, Morales tərəfdarlarının 21 gündür həyata keçirdikləri yolbağlama aksiyaları davam edərkən, polislə nümayişçilər arasında ara-sıra gərginlik yaşanıb.
Oktyabrın 11-də prokurorluq tərəfindən “zorlama, insan alveri və qaçaqmalçılıq”da ittiham olunan Moralesin ifadə verməsi üçün həbs qərarı çıxarılıb. Moralesin həbsinə order verilməsinə etiraz edən fəallar avtomobil yollarını bağlayıblar. Prezident Arcenin istefasını tələb edən nümayişçilər həbs qərarının ləğvini tələb ediblər.
Xatırladaq ki, Morales oktyabrın 28-də Villa Tunari şəhərindən Laukaya koka istehsalçılarının radiostansiyasına gedərkən silahla hücuma məruz qalıb. O, sürücüsünün yaralandığını açıqlayıb.
Hücuma görə Boliviya prezidenti Arceni ittiham edən Morales deyib: “Arce tarixin ən pis prezidenti kimi tanınacaq. Keçmiş prezidenti güllələmək son nöqtədir”.
Hadisədən sonra Morales tərəfdarları ölkənin mərkəzində yolları bağlayıb və yüzlərlə polis nümayişə müdaxilə edib. Arce noyabrın 2-də izdihamlı silahlı qruplaşmanın üç kazarma ələ keçirdiyini, əsgərləri girov götürdüyünü açıqlayıb və bu qrupu “Moralesə bağlı silahlı simpatizanlar” kimi xarakterizə edib.
Boliviyada silahlı qrup kazarmalara hücum edərək 200-dən çox əsgəri əsir götürüb. Boliviya ordusu dünən bildirib ki, Koçabamba şəhəri yaxınlığındakı kazarma silahlı qrup tərəfindən ələ keçirilib və 200-dən çox əsgər əsirdir. Ordu silahlı qruplaşmanı kazarmaları “dərhal və dinc şəkildə tərk etməyə” çağırıb, əks halda onların hərəkətlərinin “ölkəyə xəyanət” kimi qiymətləndiriləcəyini vurğulayıb.
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see372

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see356

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see346

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see321

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see309

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see306

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see281

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see276

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see269

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see264

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see248

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see242

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see240

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see236

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see234

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see229

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see227

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see218

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri