Sabiq prodüser Harvi Vaynşteynə hökm oxundu
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabiq prodüser Harvi Vaynşteyn Nyu-Yorkda cinsi cinayətdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
"Bakupost" bu barədə "Fox News" telekanalına istinadən xəbər verir.
Məhkəmə Vaynşteyni 2006-cı ildə keçmiş köməkçisi Miriam Heyliyə qarşı cinsi zorakılıq etməkdə təqsirli bilib. İttiham tərəfi onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini və azadlığa çıxdıqdan sonra beş il nəzarət altında saxlanılmasını tələb edib.
Müdafiə tərəfi isə Vaynşteynin səhhətində ciddi problemlərin olduğunu - ona qan xərçəngi və ürək xəstəlikləri diaqnozu qoyulduğunu bildirərək, onun uzunmüddətli həbs cəzasını çəkə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Nyu-York ştatının Ali Məhkəməsi 2024-cü il aprelin 25-də Vaynşteyn barəsində çıxarılmış 23 illik ilkin hökmü ləğv etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 23 Sentyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















