Icma.az
close
up
RU
Sabiq səfir: “İrəvana səfər Bakıya səfər kimi olmamalıdır”

Sabiq səfir: “İrəvana səfər Bakıya səfər kimi olmamalıdır”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranla Azərbaycan Respublikası arasında münasibətlər çox əlverişli səmtdədir”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

O vurğulayıb: “Təəssüflər olsun ki, bəzən kiberməkanda dərc olunan yalan xəbərlər təkcə ictimai rəyə deyil, həm də iki ölkənin məmurlarına, millət vəkillərinə, hətta rəsmi KİV-lərə də təsir edir. Əsassız məlumatların yayılması münasibətlərin pozulmasına səbəb ola bilər. Problemlərin qarşısını almaq üçün hər iki ölkədə ciddi və ardıcıl media idarəçiliyi həyata keçirilməlidir. Rəsmi media öz hökumətlərinin siyasətinə uyğun hərəkət etməli, qarşı tərəfə düşmən mövqe tutmaqdan çəkinməlidir”.

M. Pakayin İran prezidentinin səfəri ərəfəsində “fake news”lara diqqət çəkərkən qeyd edib: “Təcrübə göstərir ki, hər iki ölkə qeyri-rəsmi şərhləri idarə edə bildikdə, münasibətlər əlverişli istiqamətə doğru irəliləyir. Odur ki, medianın effektiv və ağıllı idarə edilməsi hər iki tərəfin saxta xəbərlərin təsirinə düşməsinin qarşısını almaq və müsbət münasibət saxlamaq üçün çox vacibdir. Bu yanaşma ilə İran və Azərbaycan Respublikası arasında münasibətlər yüksələn xətlə davam edə bilər”.

Sabiq diplomat Məsud Pezeşkian hökumətinin Cənubi Qafqaz siyasətinə dair deyib: 

“Həm Azərbaycan, həm də Ermənistanla əlaqələrin möhkəmləndirilməsi strateji siyasəti çərçivəsində olmalıdır. Bu ölkələrlə münasibətlərdə, bir növ, balans yaradılmalıdır. Təbii ki, balans o demək deyil ki, İrəvana səfər mütləq Bakıya səfər kimi olmalıdır.

İranın Azərbaycan Respublikası ilə əməkdaşlığının səviyyəsi mədəni, tarixi, coğrafi ortaqlıqlar və müxtəlif sahələrdə çoxtərəfli əlaqələrə görə Qafqaz regionunun digər ölkələri, yəni Ermənistan və Gürcüstanla əlaqələrdən qat-qat genişdir”.

Keçmiş səfir qonşularla münasibətləri gücləndirmədə emosional çalara vurğu edib: 

“İraq Kürdüstanı və Tacikistana səfəri kimi, Azərbaycan Respublikasında da səfər medianın xüsusi diqqətində oldu. Diplomatiyada duyğulu çalar Bakıda kifayət qədər aydın görünürdü. Çünki hər iki ölkənin prezidenti Azərbaycan dilini mükəmməl bilir və bir-biri ilə tərcüməçisiz danışdılar, həm də şeirlər söyləndi. Bu cəhət siyasi əlaqələri möhkəmləndirəcək. İranla Azərbaycan Respublikası arasında münasibətlər çox əlverişli səmtdədir”.

Əziz Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri