Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir

Sabir Hacıyev: Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəqəmsal inkişaf Azərbaycanın gələcək rəqabət üstünlüyünü formalaşdıran strateji seçimdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

Rəqəmsal transformasiya dövlət siyasətinin əsas prioritetlərindəndir

Deputat deyib ki, Azərbaycanda rəqəmsal inkişaf, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata keçirilən ardıcıl islahatlar ölkənin yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən birini təşkil edir: “Bu istiqamətdə qəbul olunan qərarlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş strateji kurs yalnız mövcud çağırışlara cavab verməyə deyil, həm də Azərbaycanın gələcək onilliklərdə yüksək texnologiyalar üzərində qurulan iqtisadiyyata malik dövlətə çevrilməsinə hesablanıb. İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası bu sahədə görüləcək işlərin vahid koordinasiya altında həyata keçiriləcəyini bir daha nümayiş etdirdi. Şuranın ilk iclasında səsləndirilən fikirlər göstərdi ki, 'Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı' qarşıdakı illərdə dövlət idarəçiliyinin müasirləşdirilməsi üçün əsas yol xəritəsidir. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin genişləndirilməsi, investisiyaların və startapların dəstəklənməsi bu sənədin prioritet istiqamətləridir. Xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın süni intellekt sahəsində qəbul ediləcək bütün qərarların Azərbaycanın milli maraqlarına uyğun olmasının vacibliyini vurğulaması dövlətimizin bu məsələyə nə qədər məsuliyyətlə yanaşdığını göstərir".

Süni intellekt idarəetmədə keyfiyyətcə yeni mərhələ yaradır

Sabir Hacıyev nəzərə çatdırıb ki, dünyanın aparıcı dövlətləri artıq süni intellekti iqtisadi inkişafın və dövlət idarəçiliyinin əsas alətlərindən biri kimi tətbiq edirlər və Azərbaycan da bu prosesə vaxtında qoşulub: “Fəaliyyət Planında süni intellektin milli strateji prioritet kimi müəyyən edilməsi təsadüfi deyil. Bu gün süni intellekt yalnız texnoloji yenilik deyil, qərarların daha operativ qəbul edilməsinə, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, resurslardan səmərəli istifadəyə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edən mühüm vasitədir. Artıq "mygov" platformasında vətəndaşlara sutkanın 24 saatı xidmət göstərə bilən virtual vətəndaş köməkçisinin ilkin versiyasının istifadəyə verilməsi bu istiqamətdə atılan ilk mühüm addımlardan biridir. 2026-cı il ərzində 'mygov' platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqinin planlaşdırılması göstərir ki, bu proses mərhələli və sistemli şəkildə həyata keçiriləcək. Səhiyyə, təhsil, gömrük və digər sahələrdə hazırlanacaq yeni həllər həm xidmət keyfiyyətini artıracaq, həm də dövlət idarəçiliyində çevikliyi təmin edəcək”.

Yeni hüquqi mexanizmlər innovasiyaları sürətləndirəcək

Deputat qeyd edib ki, həyata keçirilən islahatların mühüm cəhətlərindən biri müxtəlif dövlət qurumlarında yaradılan uğurlu texnoloji həllərin vahid yanaşma əsasında paylaşılmasıdır:

“Bir dövlət qurumunda sınaqdan uğurla çıxmış süni intellekt həllərinin digər qurumlarda da tətbiq edilməsi həm dövlət vəsaitinə qənaət etməyə, həm də eyni texnologiyanın təkrar hazırlanmasına ehtiyacın aradan qalxmasına imkan verəcək. Bu, idarəetmədə səmərəliliyin yüksəldilməsi baxımından müasir yanaşmadır. Rəqəmsallaşma yalnız proqram təminatı ilə məhdudlaşmır, bunun üçün güclü texnoloji baza da yaradılır. Milli hesablama gücünün formalaşdırılması məqsədilə 64 qrafik prosessorun alınması və ilin sonunadək istifadəyə verilməsi Azərbaycanda süni intellekt texnologiyalarının inkişafı üçün vacib infrastruktur yaradacaq. Bu imkanlar həm dövlət qurumlarının, həm də elmi müəssisələrin və innovasiya sektorunun inkişafına əlavə təkan verəcək”.

Sabir Hacıyevin sözlərinə görə, texnologiyalar çox sürətlə inkişaf etdiyindən qanunvericiliyin də bu prosesə uyğun yenilənməsi böyük əhəmiyyət daşıyır: “Bu baxımdan süni intellekt üzrə 'Tənzimləyici test mühiti'nin – Regulatory Sandbox mexanizminin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu sistem innovativ məhsulların təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, onların hüquqi baxımdan qiymətləndirilməsinə və uğurlu layihələrin daha qısa müddətdə ölkə üzrə tətbiqinə imkan yaradacaq. Bu mexanizm həm yerli innovasiya şirkətləri, həm də xarici investorlar üçün daha əlverişli hüquqi mühit formalaşdıracaq. Qanunvericilik bazasının müasirləşdirilməsi nəticəsində yeni texnologiyaların tətbiqi sürətlənəcək, innovativ biznes modellərinin inkişafı üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda avtonom nəqliyyat sistemləri kimi gələcəyin texnologiyalarının tətbiqi istiqamətində araşdırmaların başlanması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasından xəbər verir”.

Kibertəhlükəsizlik rəqəmsal inkişafın əsas təminatıdır

Deputat qeyd edib ki, rəqəmsal transformasiya yalnız müasir xidmətlərin yaradılması ilə məhdudlaşmır: “Bu xidmətlərin təhlükəsizliyi də eyni dərəcədə vacibdir. Bu gün bütün dünyada kiberhücumların miqyası artır. Dövlət qurumları, maliyyə sektoru, biznes strukturları və vətəndaşlar müxtəlif kiber risklərlə üzləşirlər. Ona görə də rəqəmsal inkişaf kibertəhlükəsizliyin gücləndirilməsi ilə paralel həyata keçirilməlidir. Fəaliyyət Planında milli kibertəhlükəsizlik ekosisteminin formalaşdırılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirilməsi Azərbaycanın milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsidir. Burada məqsəd yalnız mövcud təhlükələrə cavab vermək deyil, mümkün riskləri əvvəlcədən müəyyən etmək, dövlətin, biznesin və vətəndaşların rəqəmsal təhlükəsizliyini uzunmüddətli əsasda təmin etməkdir. Müasir və dayanıqlı kibertəhlükəsizlik sistemi olmadan rəqəmsal iqtisadiyyatın inkişafından danışmaq mümkün deyil. Bütün bu addımlar Azərbaycanın rəqəmsal dövlət quruculuğunda yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində ölkəmizdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini daha da artıracaq. Əminəm ki, bu istiqamətdə görülən sistemli işlər iqtisadiyyatın dayanıqlı inkişafına, dövlət idarəçiliyinin daha çevik və şəffaf olmasına, vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 İyul 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri