Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı: “8 nəvəm var, şənbə bazar günləri bizə yığışırlar” SÖHBƏT

Sabir Rüstəmxanlı: “8 nəvəm var, şənbə bazar günləri bizə yığışırlar” SÖHBƏT

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Ailəylə keçirilən vaxt insanın ən xoşbəxt zamanlarıdır”


“Nəvələr olanda dünyanın bütün dərdlərini unudub onlarla məşğul oluram”


“Elə bilirəm ki, bizdə olan vaxtları uşaqların günləri daha şən keçir”


“Mənə elə gəlir, indiki valideynlər uşaqları çox yükləyirlər. Hərdən bu barədə anaları ilə mübahisələrimiz də olur”



“Heç birində ərköyünlük hiss eləməmişəm. Mən bu baxımdan bir az çətin adamam, uşaqlara qarşı çox tələbkaram. Özlərinə də deyirəm ki, dəcəlliklərinizi ata- ananızın yanında edin. Bizə gələndə bilin ki, bura baba evidir”


“Uşaqlıqdan rusdilli məktəblərdə oxuyan bir adamın bu günə qədər ölkəmiz əleyhinə gedən yazılara cavab verdiyini görməmişəm”



Xalq şairi, ictimai-siyasi xadim Sabir Rüstəmxanlı sosial media hesabında paylaşdığı görüntülərlə diqqət çəkib.

Nəvələri ilə evdə çəkilən fotolarını paylaşan Xalq şairinin uşaqlarla səmimiyyəti xoş qarşılanıb, "Azərbaycan uşaqlarının hamısı Sabir bəyin nəvələridir" kimi rəylər yazılıb. 

Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin üzvü Faiq Ağayev isə fikirlərini şeirlə ifadə edib:

Nəvələr babaların

Ömrünə yaraşıqdır

Nəvə ulduz, nəvə ay

Nəvə nurdur işıqdır...


Fotonun tarixçəsi ilə bağlı təəssüratlarını almaq, fürsət düşmüşkən də elə nəvələri ilə bağlı düşüncələrini bölüşmək üçün Sabir Rüstəmxanlı ilə əlaqə saxladıq. Xalq şairi “Sherg.az"a açıqlamasında uşaqlarla vaxt keçirməyi çox sevdiyini, nəvələrinin çox olduğunu deyib. 


- Nəvələrinizlə gününüzü necə keçirirsiniz?

- Bacı-qardaşlarımın, yaxınlarımın nəvələrini də doğmam kimi sevirəm. Hər kəsin ayrı ev-eşiyi olsa da, biz bir ailəyik.  

Həm oğlanlarım, həm də qızlarımdan 8 nəvəm var. Şənbə- bazar günləri bizə yığışırlar. Elə bilirəm ki, bizdə olan vaxtları uşaqların günləri daha şən keçir. Mən də dünyanın bütün dərdlərini unudub onlarla məşğul oluram. Feysbukda paylaşdığım şəkil də həmin günlərdən qalan bir xatirədir. Foto 5 il əvvəlindir. 2020-ci ildə paylaşdığım fotonu yeniləmişəm. İndi oradakı uşaqlar böyüyüb.

Həm qızlarımın, həm də oğlanlarımın uşaqları şahmat oynamağı çox sevirlər. Bizə gələndə də mənlə oynamaq istəyirlər. Mənim də şahmat oynamağa hövsələm çatmır deyə, telefonda oynadıqları oyunları göstərirlər. Bu foto da o zaman çəkilib. 


- Şahmata səbrim çatmır dediniz, bəs uşaqlarla ən çox nə oynamağı sevirsiniz? Yəqin, ədəbiyyatdan, şeirdən danışırsınız?

- Yox, evdə çox da şeir söhbətlərimiz olmur. Adətən məktəb tədbirlərində-filan müəllimləri uşaqlara mənim şeirlərimdən əzbərlədirlər. Onda gəlib evdə oxuyurlar ki, bax, sənin şeirini əzbərləmişk. Bəzən də ədəbiyyat dərslərində öyrəndikləri bilgiləri mənimlə bölüşürlər. Hətta məktəbdə xətirlərinə dəyən olsa, dostları ilə aralarında olan mübahisələri də gəlib mənə deyirlər. Ata-analarından daha çox narazılıqlarını mənə danışmağı sevirlər.    

Bir dəfə Aydan qızımın oğlu bozqurd işarəsini tutub yanıma gəldi. Bilmirəm atası, yoxsa anası öyrətmişdi?!  Barmağını bozqurd kimi tutub “auuu” elədi ki, baba bax, mən qurd kimi edə bilirəm. Mən də eyni işarəni tutdum və biz birlikdə uladıq. Həmin vaxt da uşaqlar bu xoş görüntünü qeydə aldılar, mən də öz səhifəmdə paylaşmışdım.  Kimlərsə də qınayıb yazmışdı ki, uşağa Quran oxutdurmaqdansa, ulamağı öyrədir. Başa düşmürəm, qurd kimi ulamağın Qurana, namaza nə dəxli var? Mən onlara dedim ki, bizim babalarımız bozqurd kimi ulaya-ulaya islamı dünyaya yayıblar. Həmin nəvəm də imanlı insan olacaq. Özü də ruhani xarakterlidir, dinə meyillidir. Bəzən nənəsi namaz qılanda da gedib onunla birlikdə namaz qılır. 

Bir dəstə çaqqal sürüsü də bilib-bilmədən özlərini atdılar ortaya ki, uşağa “ulamaq” öyrədirlər. Halbuki biz bunu elə, onu elə demirik, uşaqdılar baxırlar, maraqlarını çəkən şeyləri tez götürürlər. Nəvələrim milli-mənəvi dəyərlərimizə bağlıdır. Mən onlara tez-tez  milli nağıllarımızı da oxuyuram, maraqla qulaq asırlar.  Bütün uşaqlarla nənə-babaları ilə vaxt keçirmək maraqlı olur. Eləcə də bizə...

- Uşaqlar arasında mütləq biri babaya çəkər. Nəvələriniz arasında sizə oxşayan varmı?

Təbiətən Gündüzün oğlu, adımı daşıyan Sabir mənə oxşayır. 


- Gələcəkdə nəvələrinizin hansı peşənin sahibi olmasını istərdiniz?

- Mənə elə gəlir, indiki valideynlər uşaqları çox yükləyirlər. Hərdən bu barədə anaları ilə mübahisələrimiz də olur. Uşaqları müxtəlif idman növlərinə, kurslara göndərirlər. Uşaqları çox yükləməyin də tərəfdarı deyiləm. Sadəcə, kimin nəyə marağı varsa, o sahəyə yönəltmək lazımdır. Sabir nəvəm, maşallah, hərtərəfli uşaqdır. Həm idmana, həm musiqiyə marağı var. Çox təmkinlidir, mən uşaqlıqda o qədər də təmkinli deyildim. Sabir daha çox mənim indiki vaxtıma oxşayır. Rubik-kubik oyununu çox sevir. Bir neçə dəqiqə, bəzən saniyələr içərisində eyni rəngdə olan bütün xanaları birləşdirir. Neçə xanalı olursa-olsun, hamısını tez zamanda yan-yana yığa bilir. 

Onu da deyim ki, iki nəvəm artıq böyüyüb, Ülvi nişanlıdır.  Nihat Aviasiya Akademiyasını bitirib, indi də hava limanında işləyir. Onun da evlənmək yaşı çatıb, lakin hələ oralı deyil. Evlənmək barədə söhbətləri yaxın buraxmır. Həyat belədir də, zaman su kimi axıb gedir. Qeyd etdiyiniz şəklə indi baxıram, oradakı uşaqlar hamısı uzanıb, dəyişib. 

Nəvələrim yazı masamı çox sevirlər. Mən evdə olmayanda gedib, oynayırlar. Kağıza şəkillər çəkirlər, boyayırlar. 

Oğlum Cəmilin qızı Mələk rəsm sahəsində çox istedadlıdır. Hətta Türkiyədə uşaq rəssamlar üçün təşkil edilən sərgidə əl işləri mükafatlandırılmışdı. 


- Bəs, şeirə marağı olan var? 

- Şükür ki, yoxdur!


- Niyə elə dediniz?

Övladlarım arasında qızım Nərgiz həkimlik ixtisasına yiyələnsə də, ədəbi istedadı var. Aydanın da şeir duyumu var, lakin üzə çıxartmırlar. Düz də edirlər. 

Özləri üçün cızma-qara eləsələr də, üzə çıxartmırlar.

Bilirsiniz, ədəbiyyat işi çox çətindir. Həvəskar şair olmur. Ya gərək bu işlə ciddi şəkildə məşğul olasan, bu sahəyə ürəyini qoyasan. Ya da ümumiyyətlə, məşğul olmayasan!  


- Nənə-baba sevgisi ilə böyüyən uşaqlar ərköyün olur deyirlər? Sizin nəvələriniz necədir? 

- Heç birində ərköyünlük hiss eləməmişəm. Mən bu baxımdan bir az çətin adamam, uşaqlara qarşı çox tələbkaram. Özlərinə də deyirəm ki, dəcəlliklərinizi ata- ananızın yanında edin. Bizə gələndə bilin ki, bura baba evidir. Sözsüz ki, imkan tapdıqca onlarla görüşürəm. Ailəylə keçirilən vaxt insanın ən xoşbəxt zamanlarıdır. Amma ürəyimcə ailəyə vaxt sərf edə bilməmişəm. Sevinirəm ki, onlar mənim vəziyyətimi başa düşürlər. 



- Sabir müəllim, bir ziyalı kimi valideynlərə, nənə- babalara uşaqların tərbiyəsi ilə bağlı nə tövsiyə edirsiniz?

Ailə məsələlərinin gündəmdə olmasını çox xoşlamıram. Hər kəsin öz ailəsi onun qapalı dünyasıdır. Bu dünyanı da axarına buraxmalıyıq ki, öz yolunda irəliləsin. Valideynlərə məsləhətim odur ki, övladlarını vətəndaş kimi böyütsünlər. Hər bir uşağa kiçik yaşlarından vətənini, torpağını, millətini sevməyi aşılamaq lazımdır. Şeirlə, mahnı ilə, folklor ədəbiyyatı ilə uşaqlarımızı milli ruhda öyrətməliyik. 


- Sabir bəy, milli ruh demiş, son günlərin əsas mövzusu rusdilli məktəblərlə bağlı idi. Övladlarını birinci sinifdən etibarən rus dili bölməsində oxudan valideynlərə münasibətinz necədir? 

- Özünə, milli kimliyinə, dövlətinə, xalqına hörmət edən insan öz torpağında öz xalqının, dövlətinin dilində danışmalıdır. Övladlarımız da, nəvələrimiz də orta məktəbi öz ana dilində oxumalı, tarixini, mədəniyyətini, ədəbiyyatını ana dilində mənimsəməlidir. Ondan sonra nə qədər dil öyrənir, öyrənsin. Biz indi ana dilində təhsildən danışanda bəziləri o dəqiqə hay-küy salırlar: “Ay, bunlar rus dilinə qarşıdır!”. Biz rus dilinə qarşı deyilik. Eyni şeyi ingilisdilli məktəblər üçün də deyirik, amma o məktəblərin sayı çox deyil. Mən rus dilinin də, ingilis dilinin də ciddi şəkildə mənimsənilməsinin, ən ucqar kəndlərimizdə də öyrənilməsinin tərəfdarıyam. Amma söhbət baza təhsilindən gedir, təhsil ana dilində olmalıdır. Sizə bir misal gətirim, Rusiya mediasında Azərbaycan əleyhinə yazılan yazılara cavabı məhz Azərbaycan bölməsində oxuyan, rus dilini əlavə xarici dil kimi öyrənən insanlar verir. Uşaqlıqdan rusdilli məktəblərdə oxuyan bir adamın bu günə qədər ölkəmiz əleyhinə gedən yazılara cavab verdiyini görməmişəm. Verə bilməz axı! Rus dilini mükəmməl səviyyədə bilsə də, ölkəmizin tarixini, keçmişini, mədəniyyətini bilmir.  Rusiyada yaşayan minlərlə azərbaycanlı var. Amma Moskva mediasında Azərbaycan əleyhinə gedən yazılara orada yaşayan bir nəfərin cavab verdiyini görməmişəm.  Rus təfəkküründə oxuyan insan öz ölkəsinin milli maraqlarını necə qoruya, müdafiə edə bilər ki?! Rus dilini bilir, amma orada yazılanların doğru, yoxsa böhtan olduğunu bilmir. 

Ana dilində təhsil alan uşaqlarımız isə tarixi həqiqətləri bilir, dili bilməsələr də olar. İndi informasiya əsridir. Süni intellektin, tərcümə proqramlarının köməyi ilə çox asanlıqla  öz doğrularını yazıb, rus və ya ingilis dilində paylaşa, dünya ictimaiyyətinə çatdıra bilirlər. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see252

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see249

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see207

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see200

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see151

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see140

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see138

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see137

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri