Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı: “Dil varsa, millət var, dil varsa, şəxsiyyət var”

Sabir Rüstəmxanlı: “Dil varsa, millət var, dil varsa, şəxsiyyət var”

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

21 fevral dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı Beynəlxalq Ana Dili Günü münasibətilə fikirlərini bölüşüb.

Modern.az saytı Xalq şairinin Beynəlxalq Ana Dili Günü ilə bağlı fikirlərini təqdim edir:

"Ana dili uğrunda Azərbaycan xalqı tarix boyu böyük mübarizələr aparıb. Bu mübarizə yolunda çoxsaylı qurbanlar verilib, böyük fədakarlıqlar göstərilib. Beynəlxalq Ana Dili Günü bu baxımdan mühüm əhəmiyyət daşıyır. Hər bir xalq öz ana dilini qorumalıdır, çünki dünya dilləri yer üzünün ən böyük sərvətlərindəndir. Dünyada 5 minə yaxın dil mövcuddur, lakin yalnız təxminən 200 xalqın dili dövlət dili statusuna malikdir. Azərbaycan dili də bu dillər sırasındadır.

Azərbaycan türkcəsi Çindən Avropaya qədər geniş bir ərazidə müxtəlif adlarla tanınsa da, kökü eyni olan türk dili ailəsinə məxsusdur. Dilimiz tarix boyu ciddi məhrumiyyətlərə məruz qalıb. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsiri altında qalıb, müxtəlif təzyiqlərlə üzləşib. Buna baxmayaraq, bu gün mövcud olan 7 türk dövləti türk dilinin müxtəlif qollarının inkişafına mühüm töhfə verir.

Ana dili insanın varlığıdır. Dil varsa, millət var; dil varsa, şəxsiyyət var. Məhz buna görə ana dili uşağa körpə yaşlarından öyrədilməli və sevdirilməlidir. Tibbi araşdırmalara görə, uşaq ana bətnində olarkən belə ətrafında baş verənləri hiss edir. Bu səbəbdən hamilə qadınların yüksək səslə kitab oxuması tövsiyə olunur. Uşaq ana bətnində belə ana dilini, ana laylasını eşitməlidir".

Xalq şairinin sözlərinə görə, uşağın tərbiyəsi bağçadan başlayaraq ana dilində aparılmalıdır:

"Daha sonra isə digər dilləri öyrənə bilər. İlk təhsil mütləq ana dilində olmalıdır. Aparılan çoxsaylı araşdırmalar göstərir ki, dil həm də genetik amildir. Uşağın geninə hopmuş dildə danışmaması onun şəxsiyyət kimi formalaşmasını ləngidir. Buna görə də daha çox ana dilində təhsil alanlar arasından böyük yazıçılar, mütəfəkkirlər yetişir. Bunlar elmi şəkildə sübut olunmuş həqiqətlərdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri