Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Sabirabadın iki sakini vışkadan yıxılıb, biri ölüb, digəri isə yaralanıb.
Ölkə.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Salyan-Biləsuvar sərhəddində qeydə alınıb.
İlkin məlumata görə, sözügedən ərazidə Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Hadisə nəticəsində hər iki sakin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb.
Digər yaralı A. Gülməmmədova ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğundan yaralının Bakıya göndərilməsi gözlənilir.
Qeyd edək ki, hər iki sakinin Azərenerjinin əməkdaşları olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:120
Bu xəbər 30 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















