Sabirabadda quşların baytar nəzarəti olmadan saxlanıldığı restoranın sahibi danışdı VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Sabirabadda 2 tovuzquşu, 3 qırqovul, 15 göyərçinin baytar nəzarəti olmadan saxlanıldığı ailəvi restoranın sahibi danışıb.
Restoranın sahibi Zöhrab Piriyevin sözlərinə görə, quşlar yaxın zamanda təhvil veriləcək:
"Heyvanları 3-4 ay əvvəl gətirmişik. Lakin 1 aydan çoxdur ki, restoran fəaliyyət göstərmir. Quşları 1-2 günə təhvil verəcəyik".
AQTA-dan bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.
O da qeyd olunub ki, tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcək. Xatırladaq ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 07 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















