Sabirabadda yol qəzası olub, piyada ölüb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabirabad, 25 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Sabirabad şəhəri Muğan prospektində qeydə alınıb. Yolu keçmək istəyən piyada qəza zamanı aldığı xəsarətlər nəticəsində ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli rayon sakini Samir Hacıyev idarə etdiyi "Ford" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1976-cı il təvəllüdlü R.Əliyevanı vurub. Sonuncu aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:117
Bu xəbər 25 Aprel 2025 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















