Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: İranın Zəngəzur dəhlizinə qarşı çıxmaq imkanı yoxdur

Qulamhüseyn Əlibəyli: İranın Zəngəzur dəhlizinə qarşı çıxmaq imkanı yoxdur

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

"İranın ali dini rəhbəri Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti İranın Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə bəyan edib". 

"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

O bildirib ki, Azərbaycanla bağlı olan hər hansı bir məsələyə Tehranın fars mollla rejimi belə ağrılı yanaşır və sərt mövqe sərgiləməyə çalışır:

"Başqa sözlə, rəsmi Tehran hər zaman Azərbaycanla əlaqədar layihələri bloklamağa çalışır. Zəngəzur dəhlizi ilə bağlı məsələdə də bunu görürük. İran Bəndər-Abbas limanı vasitəsilə Avropa və Aralıq dənizinə çıxış əldə etməyi hədəfləyir.

Bununla da Şərq-Qərb marşrutu üzərində aparıcı qurum kimi qalmaq istəyir. Ona görə də rəsmi Tehranın mühafizəkar rejimi bu məsələlərin əleyhinə çıxır. Tehranın mühafizəkar fars mollla rejiminin Zəngəzur dəhlizinə qarşı olduğunu növbəti dəfə  dilə gətirməsi İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması üçün təşəbbüslərin fəalllaşdığı dovrə təsadüf etməsi diqqətçəkən məqamdır".

Onun sözlərinə görə, bu açıqlama adıçəkilən məsələyə münasibətdə İranın siyasi elitası daxilində Pezeşkian administrasiyası ilə fars mollla rejimi arasında ziddiyyətlərin təzahürü də sayıla bilər:

"Belə ki, Pezeşkian administrasiyası bir tərəfdən İranla Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində səy göstərir. Digər tərəfdən isə Zəngəzur dəhlizini (“Tramp marşrutu”) İranın həyati maraqlarına zidd hesab etmədiyini ifadə edir.

Dolayısı ilə həmin dəhlizin imkanlarından İranın da yararlanmasına nail olmaq üçün diplomatik fəallığını artırır. Məhz bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçının Azərbaycana səfəri də bu diplomatik fəallıq kontekstində nəzərdən keçirilməlidir.

Bu səfər regionda mövcud geosiyasi reallıqlar \şəraitində Azərbaycanın real gücünün daha da artdığını, regional layihələrdə İranın maraqlarının nəzərə alınması və dəhlizin imkanlarından yararlanması üçün ilk növbədə Azərbaycanla müzakirələrin labüdlüyünün Pezeşkian administrasiyası tərəfindən etiraf olunduğunu göstərir".

Politoloq qeyd edib ki, Əli Əkbər Vilayətinin açıqlamalarının Pezeşkian administrasiyasının bu mövqeyinə qarşı olduğu şübhəsizdir:

"İranın mühafizəkar fars molla rejimi Zəngəzur dəhlizinə qarşı Rusiya ilə birlikdə hərəkət etmək, Azərbaycanla münasibətlərin normallaşmasına mane olmaq, daxildə isə Pezeşkian administrasiyasına təzyiqləri gücləndirmək niyyətindədir.

Diqqətçəkən məqamlardan biri də bundan ibarətdir ki, mühafizəkar fars molla rejiminin “qırmızı xətt” elan etdiyi Ermənistan dəhliz məsələsində Azərbaycan, Türkiyə və ABŞ-la demək olar ki, eyni mövqeni bölüşür.

Görünən odur ki, Tehranın mühafizəkar fars mollla rejiminin nümayəndələrinin bu kimi aşıqlamaları regionda geosiyasi balansı dəyişmək və Zəngəzur dəhlizi ilə bağlı proseslərin gedişinə təsir göstərmək gücündə deyil.

İndiki vəziyyətdə artıq İranın bu prosesə qarşı çıxmaq imkanı və ya rıçaqları yoxdur. Gec-tez Zəngəzur dəhlizi açılacaq, mühafizəkar rejim isə İranı isə prosesdən kənarda qoyacaq".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri