Icma.az
close
up
RU
Sabunçuda lift problemi: Ödəniş edən də əziyyət çəkir, etməyən də

Sabunçuda lift problemi: Ödəniş edən də əziyyət çəkir, etməyən də

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsi 23 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının sakinləri uzun müddətdir lift problemindən əziyyət çəkirlər.

Bu barədə binanın 8-ci blokunda yaşayan sakin Səməndər Qocayev Oxu.Az-a müraciət edib.

O qeyd edib ki, lift işlək vəziyyətdə deyil, çağırılan usta problemi aradan qaldıra bilmir:

"Usta səbəb kimi bildirir ki, "Lifttəmir" İstehsalat Birliyi təmir üçün lazım olan detalı təqdim etmir".

Vətəndaşın sözlərinə görə, idarə bu addımı binanın 4-cü mərtəbəyə qədər olan hissəsində yaşayan bəzi sakinlərin xidmət haqqını ödəməməsi ilə əsaslandırır:

"Biz yuxarı mərtəbələrdə yaşayan sakinlər kimi ödənişimizi vaxtında etmişik. Ancaq liftin təmir olunmaması səbəbindən hər gün uşaqları, yaşlıları pilləkənlə qaldırmaq və ya endirmək çox çətindir. Bu, artıq dözülməz hal alıb".

Səməndər Qocayev əlavə edib ki, problemin yaranmasında məsuliyyət daşımayan ailələrin cəzalandırılması ədalətsiz yanaşmadır:

"Ödəniş etməyən sakinlərə fərdi qaydada yanaşılmalı, digərlərinin hüquqları isə qorunmalıdır. Ən azından 4-cü mərtəbəyə qədər olan hissənin bağlanması və liftin yalnız yuxarı mərtəbələr üçün istifadəyə verilməsi təmin oluna bilər. Biz xidmət haqqını ödəmişik, amma xidmətdən istifadə edə bilmirik".

Problem ilə bağlı "Lifttəmir" İstehsalat Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin binanın bəzi mənzillərinin sakinləri uzun müddətdir xidmət haqqını ödəmirlər:

"Binanın 8-ci blokunda yaşayan sakinlərin bir hissəsinin iki il ərzində 466 manat borcu yığılıb. Bu borc ödənmədiyi üçün liftin təmiri üçün lazım olan ehtiyat hissələri təqdim olunmur. Əhalinin bir hissəsi dövlətin xidmət haqqını ödəməlidir. Bu, aylıq adambaşına 20 qəpik təşkil edir. Təəssüf ki, ödənişlər vaxtında edilmir və biz də göstərişə əsasən xidmət göstərmirik".

Qurumdan bildirilib ki, bayram günlərində dəfələrlə güzəşt edilib və lift müvəqqəti olaraq işlək vəziyyətə gətirilib, lakin ehtiyat hissələrinin çatışmazlığı səbəbindən problem tam həll edilmir:

"Əgər borc ödənməzsə, xidmət dayandırılır və təmir işləri həyata keçirilmir. Bu, sadəcə texniki və maliyyə məsələsidir".

Qeyd edək ki, bina sakinləri aidiyyəti qurumlardan məsələnin ədalətli şəkildə həllini tələb edirlər. Onlar hesab edirlər ki, bir neçə nəfərin borcuna görə, bütün binanın - xüsusilə yuxarı mərtəbələrdə yaşayan ailələrin cəzalandırılması sosial ədalət prinsipinə ziddir.

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see167

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see160

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see159

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri