Saçına etdirdiyi keratin proseduru başına bəla oldu Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakıda keratin proseduru qadının sağlamlığını təhlükəyə atıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, paytaxt sakini gözəllik salonunda keratin proseduru etdirdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib. Vətəndaşın sözlərinə görə, prosedurdan sonra dərisi şişib və səpgilər yaranıb.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Respublika Sanitariya-Karantin Mərkəzindən bildirilib ki, ölkəyə idxal olunan saç üçün keratin məhsulları sanitar-gigiyenik ekspertizadan keçirilir və yalnız mövcud norma və tələblərə cavab verənlərə gigiyenik sertifikat təqdim olunur.
Qurum vətəndaşlara belə prosedurlardan əvvəl istifadə olunacaq məhsulun gigiyenik sertifikatının olub-olmamasını mütləq yoxlamağı tövsiyə edib. Eyni zamanda salon sahiblərinə yalnız sertifikatlaşdırılmış məhsullardan istifadə etmələri barədə xəbərdarlıq edilib.
Şahanə Xankişiyeva


