Icma.az
close
up
RU
ŞAD XƏBƏR: Bu ailələrə “uşaq pulu” VERİLƏCƏK KONKRET

ŞAD XƏBƏR: Bu ailələrə “uşaq pulu” VERİLƏCƏK KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan əhalisinin 99 faizi “uşaq pulu” istəyir. Bu sahədə müəyyən müsbət siqnallar var.

KONKRET.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputatın sözlərinə görə, artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə ümumi razılığa gəlinib və qısa müddətdən sonra üçuşaqlı ailələrə “uşaq pulunun” verilməsinə başlanılacaq. O qeyd edib ki, prosesin bu il və ya gələn ildən başlayacağı gözlənilir.

“Üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi həm Milli Məclisin Əmək və sosial siyasət komitəsi səviyyəsində, həm də Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri olduğu müddətdə müzakirə edilib. Hazırkı yeni nazirlə də bu sahədə müzakirələr gedir”, – deputat bildirib.

R. Nurullayev üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsinin əhəmiyyətindən də danışıb:

“Ölkədə üçuşaqlı ailələrə “uşaq pulu”nun verilməsi təmin olunacaq, çünki araşdırmalar da göstərir ki, 2016-cı ildən etibarən Azərbaycanda doğulan uşaqların sayında ciddi azalma müşahidə edilir, eyni zamanda 2022-ci ildən etibarən hər il 25-30 mindən daha az uşaq doğulur. Bu da o deməkdir ki, bir neçə ildən sonra birinci sinifə gedən uşaqların sayında belə ciddi azalma görəcəyik”.

Deputat sonda onu da vurğulayıb ki, uşaqların sayının azalması ölkəni demoqrafik problemlə üz-üzə qoya bilər. Bunun üçün də ailələrin uşaq dünyaya gətirməsinə marağı artırmaq və problemin qarşısını əvvəlcədən almaq lazımdır.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur. Bir müddət əvvəl parlamentdə çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilib. Belə ki, 3-dən çox uşağı olan ailələrin çoxuşaqlı ailə hesab edilməsi təklif olunur.

Hazırda ölkəmizdə beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq hər uşağa görə 105 manat məbləğində müavinət verilir. Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat müavinət ödənilməlidir. Son beş ildə bu müavinətin məbləği 3,5 dəfə artırılıb.

2024-cü il 1 yanvar tarixinə beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.

Çoxuşaqlı ailələrə sosial dəstək verilməsinin səbəbləri müxtəlifdir. Ekspertlər deyir ki, əhalinin azalması cəmiyyətdə sosial sabitliyə və iqtisadi inkişafa xələl gətirir, ona görə də dövlət çoxuşaqlı ailələrə dəstək verir. Əsas hədəf doğum nisbətinin artırılmasıdır və bunun üçün əhali dəstək paketləri ilə daha çox uşaq dünyaya gətirməyə təşviq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri