Icma.az
close
up
RU
Sadə məsələlərlə tıxac problemini həll etmək olar Ekspert

Sadə məsələlərlə tıxac problemini həll etmək olar Ekspert

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edərək bildirib ki,  “Müşavirədə biz Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edəcəyik. Buna ehtiyac var. Baxmayaraq ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülmüşdür, böyük infrastruktur layihələri icra edilmişdir, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır. Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”.

Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki,  ictimai nəqliyyat nə qədər çox inkişaf etdirilsə, fərdi avtomobillər və taksilərdən daha az istifadə olunar:


“Bu da şəhərdə sıxlığın aradan qaldırılmasına yardımçı ola bilər.  Bakı şəhərində və digər yaxın şəhərlərdə, məsələn, Xırdalanda da, tıxacın aradan qaldırılması üçün bir sıra addımlar atılmalıdır. Bu addımlar əsasən şəhərsalma və tikintidə həyata keçirilməli, sərt qaydalar tətbiq edilməli, yaşayış və ya qeyri yaşayış obyekti tikən şirkətlərin qarşısında tələb qoyulmalıdır. Bu tələb əslində var, amma nədənsə biz müşahidə edirik ki, tələb olsa da, obyektlər təhvil veriləndən sonra onların heç birinin parklanma yerləri olmur. Həmçinin obyektlərdə yaşayan və çalışan insanlar ziyarətçilərin sayına mütənasiblik təşkil etmir. Bu zaman həmin obyektdə yaşayan və çalışan insanları ziyarətə gələnlər nəqliyyat vasitələrini avtomobil yollarının kənarında saxlayırlar. Bu da sıxlığa gətirib çıxarır". 


Ekspert əlavə edib ki, şəhərsalma və tikinti problemləri ilə ciddi məşğul olmaq lazımdır:

"Düşünürəm ki, irimiqyaslı tədbirlər  şəhər mərkəzində yox şəhər kənarında keçirilməlidir. Bu sıxlığın azalmasına gətirib çıxarır. Ümumiyyətlə, paytaxtın köçürülməsindən danışmıram. Yəni bu, indi prioritet məsələ deyil və gündəmdə yoxdur. Lakin Bakı şəhərindən kənarda, səfalı bir yerdə beynəlxalq hava limanı olan ərazidə akademik şəhərciyin yaradılması mümkündür. Qəbələdə, Lənkəranda və yaxud Gəncədə 50-100 min nəfərin təhsil aldığı və çalışdığı bir akadem şəhər ola bilər. Həm tədris, təhsilə fokuslanarlar, həm ekoloji cəhətdən təmiz yerdə təhsil alarlar, həm də Bakı şəhəri bir qədər yüklənmədən azad ola bilər. Burada sual ortaya çıxa bilər ki, bəs gedib orada qalıb oxuyacaqlarmı? Necə ki, müəllimlər də, tələbələr də müxtəlif bölgələrdən gəlib Bakıda işləyirlər, çalışırlar və təhsil alırlar. Eyni qaydada da həmin insanlar Bakıya yox, məsələn Qəbələyə gedə bilərlər. Bu da bir növ məsələnin həllinə yardımçı ola bilər. Daha sonra, şagirdlərin daşınması üçün hər məktəbin özünün ayrıca avtobus servis xidməti olsa, yaxşı olar. Sadə məsələlərlə düşünürəm ki, tıxac problemini həll etmək olar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see278

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see268

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see261

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see255

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see249

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see249

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see246

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see241

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see241

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see235

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see234

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see221

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see221

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see218

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see216

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see214

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see213

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see210

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see209

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri