Safrastyan: ABŞ ın sülh istəyinin əsas səbəbi bəlli oldu Zəngəzur dəhlizi
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ çalışır ki, Azərbaycanla sülh müqaviləsi imzalayarkən Ermənistan özünü uduzan tərəf kimi hiss etməsin. Ölkə.Az xəbər verir ki, bunu ekspert Ruben Safrastyan deyib.
“Düşünürəm ki, bu çox vacib bir vəziyyətdir. ABŞ-ın bu mövqeyinin hansı nəticə verəcəyini deyə bilmərəm, amma hər halda biz bunu qeyd etməliyik. Bölgəmizdə bir neçə mühüm proseslər gedir, o cümlədən Qərblə Rusiya arasında region uğrunda mübarizə. Eyni zamanda Türkiyə, İran və Rusiya regiona ortaq yanaşmalar formalaşdırmağa çalışırlar. Cənubi Qafqaz geostrateji inkişafının yeni mərhələsinə qədəm qoyub”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ “Orta Dəhliz” təşəbbüsündə İran və Rusiyadan yan keçməklə Cənubi Qafqazdan, Ermənistandan (yəni "Zəngəzur dəhlizi"ndən) keçməsində maraqlıdır.
“Düşünürəm ki, amerikalıları layiqli sülhlə bağlı ritorikadan istifadə etməyə məcbur edən budur”, - ekspert hesab edir.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 25 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















