Icma.az
close
up
RU
Sağ əlin verdiyini sol əl niyə bilir ?

Sağ əlin verdiyini sol əl niyə bilir ?

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətdir. Lakin bu, sadəcə əşyaların təhvil verilməsi deyil, həm də insanlara hörmət və ehtiram göstərmək deməkdir. Yardım edərkən qarşı tərəfin hisslərini nəzərə almaq, onların qürurunu zədələməmək vacibdir.

Bəs insanlara yaxşılıq etmək istərkən "yaman olmamaq" üçün nə etməliyik? 

Milli.Az xəbər verir ki, bir çox hallarda insanlar köhnə paltarlarını birbaşa ehtiyacı olan ailəyə çatdırır və düşünürlər ki, bu, ən doğru yoludur. Lakin belə yanaşma bəzən qarşı tərəfdə narahatlıq və hətta qürur zədələnməsi yarada bilər. İmkanları məhdud olsa belə, hər kəsin öz şəxsi hörməti və seçimləri vardır. Yardım edilən şəxsin bu yardımı qəbul edib-etməyəcəyini əvvəlcədən öyrənmək, qarşılıqlı hörmət və anlaşmanın yaranmasına kömək edir.

Psixoloqların fikrincə, bəzən yardım alan insanlar təşəkkür etsələr də, daxildə narahatlıq və qısqanclıq hissi keçirə bilərlər. Buna görə, yardım etməyin ən incə yolu köhnə paltarları etibarlı və tanınmış xeyriyyə təşkilatlarına verməkdir. Belə təşkilatlar isə ehtiyacı olan ailələrə maddi və mənəvi dəstəyi diqqətlə və hörmətlə çatdırırlar, yardımın kimdən gəldiyini açıqlamadan.

Digər hal isə bəzi insanların sosial imkanı zəif şəxslərə sanki kömək edirmiş kimi reklam etməsidir. Həmin kompaniya altında o kömək sosial şəbəkələrdə yayılır. Burda bəzən azyaşlıların üz simaları da düşür. Bu düşüncəsiz addım cəmiyyətdə haqlı yerə qınanılır. Adətən belə videolar yardım adı altında reytinq xatirinə olur. Necə deyərlər, sağ əlin verdiyini sol əl bilməməlidir. 

Məşhur yazıçı Lev Tolstoyun dediyi kimi: "Yaxşı iş gör, amma bunu gizlincə et." Yardım edərkən məhz bu prinsipə əməl etmək, həm ehtiyacı olanların, həm də yardım edənlərin hisslərini qorumağa imkan verir.

Digər yardım kompaniyası ilə dələduzluq xarakteri daşıyır. Burda isə müəyyən təşkilatlar və ya fərq insanlardan digər şəxslərə kömək adı ilə pul yığaraq dələduzluq edir. Yəni birbaşa olaraq ya pulu çatdırmır, ya da tam hissəsin çatdırmır. Bu kimi hadisələrin dəfələrlə baş verməsi insanlarda güvənsizlik yaradır. 

Bu səbəbdən yardım etmək istəyərkən daha diqqətli olsaq, nə qəlb qırarıq, nə də niyyətimiz yanlış anlaşılar.

Aysel Əkbər
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Avqust 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see268

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see183

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see175

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see164

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri