Icma.az
close
up
RU
Статья не опубликована
Şagird özünü təhlükəsiz hiss etmirsə, uğur da olmayacaq Hər kəsi düşündürəcək çağırış

Şagird özünü təhlükəsiz hiss etmirsə, uğur da olmayacaq Hər kəsi düşündürəcək çağırış

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İctimai Şuraya bu məsələ ilə bağlı mütəmadi müraciətlər olunur. Ən çox diqqət çəkən hallar məktəbdaxili zorakılıqla bağlıdır — həm fiziki, həm də psixoloji zorakılıq. Bu zorakılıq bəzən həmyaşıdlar arasında baş verir, bəzən isə müəllim-şagird münasibətlərində qeyri-peşəkar yanaşmalar müşahidə edilir. Valideynlər, həmçinin, ailədaxili problemlərin uşaqların məktəbdəki davranış və nailiyyətlərinə təsiri ilə bağlı da narahatlıq bildirirlər. Əlbəttə, Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Xatırladaq ki, son illərdə təhsil sistemində keyfiyyətin artırılması ilə yanaşı, şagirdlərin psixoloji rifahı da diqqət mərkəzindədir. Sosial və emosional problemlər, məktəbdaxili zorakılıq, ailədaxili gərginliklər və rəqəmsal dünyada yaşanan təzyiqlər şagirdlərin psixoloji vəziyyətinə birbaşa təsir göstərir. Bu fonda məktəblərdə fəaliyyət göstərən psixoloji xidmətlərin rolu daha da ön plana çıxır.

G. Əkbərova qeyd edib ki, “Məktəblinin dostu” layihəsi, psixoloji xidmətin məktəblərdə gücləndirilməsi və məktəb psixoloqlarının təlimlərə cəlb olunması bu sahədə atılan mühüm və müsbət addımlardandır.

“Eyni zamanda, “Təhlükəsiz məktəb” təşəbbüsləri çərçivəsində zorakılıq halları ilə mübarizə və onların qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər və təlimlər təşkil olunur. Beynəlxalq təcrübəyə nəzər salsaq, məsələn, Finlandiya təhsil sistemində psixoloji və sosial rifah məktəb həyatının mərkəzində dayanır. Hər məktəbdə psixoloq, sosial işçi və sağlamlıq məsləhətçisi bir komandada çalışaraq şagirdin hərtərəfli inkişafını izləyirlər. Onlar üçün “emosional savad” riyaziyyat qədər vacib bir fəndir və məktəb proqramına daxil edilib. Kanada və Avstraliya kimi ölkələrdə isə “Wellbeing Framework” və “Mental Health Literacy” proqramları məktəblərdə geniş şəkildə tətbiq olunur. Bu çərçivədə müəllimlərə psixoloji dəstək alətləri öyrədilir, valideynlər də bu prosesə cəlb olunur. Şagirdlər üçün isə “özünü tanıma”, “emosiyaları idarə etmə” və “sosial münasibətlər” mövzularında interaktiv dərslər keçirilir. Düşünürəm ki, bu məsələnin həlli üçün aşağıdakı addımlar atılmalıdır:

• Məktəb psixoloqlarının hazırlığı yenidən qurulmalıdır. Onların yalnız nəzəri deyil, praktik bilikləri də artırılmalı, real hallarla işləmək bacarıqları üçün davamlı təlimlər təşkil olunmalıdır.

• Sosial-emosional təhsil kurikulumlara inteqrasiya edilməlidir.

• “Emosional savadlılıq”, “münaqişələrin dinc yolla həlli”, “özünəinam” kimi mövzular məktəblərdə müntəzəm şəkildə tədris olunmalıdır.

• Valideynlərlə iş gücləndirilməlidir. Çünki bir çox problem ailədən qaynaqlanır. Məktəb-valideyn əməkdaşlığı konkret proqramlar çərçivəsində sistemləşdirilməlidir.

• Zorakılıq halları üçün etibarlı bildiriş sistemləri yaradılmalıdır. Şagirdlər anonim şəkildə problem yaşadıqları hallarda müraciət edə bilməlidirlər.

• Psixoloji dəstək mərkəzləri bölgələr üzrə fəaliyyət göstərməlidir. Bu mərkəzlər məktəblərə mütəmadi səfərlər etməli, təkcə şagirdlərlə deyil, müəllimlərlə də psixoloji maarifləndirmə işləri aparmalıdır”.

G. Əkbərova sonda vurğulayıb ki, hər bir şagirdin içində böyük bir potensial gizlənir:

“Lakin bu potensialın açılması üçün həmin şagird özünü təhlükəsiz, dəyərli və anlayışla qarşılandığı bir mühitdə hiss etməlidir. Bu mühiti yaratmaq isə bizim — müəllimlərin, valideynlərin, təhsil rəhbərlərinin və bütövlükdə cəmiyyətin üzərinə düşür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Aprel 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see236

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see181

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see155

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see132

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri