Icma.az
close
up
RU
Şagirdlər məktəbdə silahla gəzir, qan tökür: Ekspert çıxış yolu göstərir

Şagirdlər məktəbdə silahla gəzir, qan tökür: Ekspert çıxış yolu göstərir

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafa rayonundakı məktəblərdən birində bıçaqlanma baş verib. Məktəbin 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb. Tənəffüs vaxtı qeydə alınan bu hadisədə şagirdin yüngül xəsarət aldığı bildirilir.

Bu gün isə Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb. Hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.

Mübahisə zəminində məktəbin müəllimi xəsarət alıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb. Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib. Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Ölkə.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında baş verən hadisədən təəssüfləndiyini vurğulayıb:

"Dərs ilinin yeni başladığı günlərdə, 22 sentyabrda bölgələrin birində bıçaqlanma hadisəsi olmuşdu. Həmin günlərdə başqa bir məktəbdə də arzuolunmaz hadisə yaşanmışdı. Təsəvvür edin, dərs ili bir həftədir başlayıb, lakin 10-a qədər məktəbdə davranış pozuntusu və s. kimi ciddi  hadisələr baş verib. Onda biz təklif elədik ki, yanvar ayından məktəblərdə şagird davranış qaydaları tətbiq olunsun. Özü də özünün bütün prinsipləri ilə. Amma proses hələ həyata keçirilməyib. Sual oluna bilər ki, şagird şagirdi bıçaqlayıb, onun həyatına təhlükə yaradacaq hadisəyə qol qoyur, təkcə şagird davranış qaydaları belə hadislərin qarşısını almaq gücündədirmi? Bəlkə də yox, ancaq əlimizdə olan ən uğurlu variant budur".

Elmin Nuri şagird davranış qaydalarının tərtibinin qənaətbəxş olduğunu bildirib:

"Onunla tanışam. Müəyyən bir qayda dərəcələri var ki, onlar pozuntuların ağırlığına görə müəyyənləşir. Məsələn, birinci dərəcəli qayda pozuntusu yüngül hesab edilir. Dərsdə səs salmaq, pəncərədən aşağı baxmaq və s. 4-5-ci dərəcəli qaydalar ağır pozuntular hesab edilir. Buna yol verən şagird məktəbdən xaric olunur".

Ekspert bu gün bütün məktəblərdə şagird davranış qaydalarının tətbiq olunmasının vacibliyini önə çəkib:

"Artıq buna gedilməlidir. Başa düşürəm, bu onlar üçün çox sərt cəza mexanizmi ola bilər. Amma və lakin biz təhsilimizi iflic edə bilmərik. Nə qədər güzəştə getmək olar? 9-cu sinif şagirdinin məktəbə bıçaqla gəlməsi nə deməkdir? Hələ bıçaqla sinif yoldaşına xəsarət yetirməsini kənara qoyuram. 9-cu sinif şagirdi cibində bıçaq məktəbdə dolaşır! Gəlin şagird davranış qaydalarının ən kəskin nöqtəsinə kimi tətbiq edək. Vəziyyət artıq bunu deyir. Paytaxtda ayrı problem, regionlarda, ucqar dağ kəndlərində də ayrı bir problem. Nə olacaq bunun sonu? Əgər şagird, davranış qaydalarında göstərilən ən sərt cəza ilə cəzalandırılsa, bu, başqalarına da dərs olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri