Şagirdlərin Milli Hidrometeorologiya Xidmətinə tanışlıq turu təşkil edilib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
“Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbin və Güzdək qəsəbə tam orta məktəbinin şagirdləri ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə tanışlıq turu təşkil etdik”.
Bu barədə APA-ya Milli Məclisin deputatı Nigar Məmmədova məlumat verib.
Deputat qeyd edib ki, turun əsas məqsədi ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanılması ilə bağlı biliklərin aşılanmasıdır.
“Səfər zamanı uşaqlar hava müşahidələrinin aparılması, hava proqnozlarının hazırlanması kimi maraqlı proseslərlə yaxından tanış oldular. Onlara hidrometeorologiyanın gündəlik həyatımızda və ölkənin ekoloji təhlükəsizliyində oynadığı mühüm rol haqqında geniş izahlar verildi. Şagirdlər həm nəzəri, həm də praktiki biliklər əldə etməklə yanaşı, mütəxəssislərlə maraqlı sual-cavab formatında fikir mübadiləsi apardılar. Belə tədbirlər uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət hissi və elmə maraq formalaşdırır. Belə layihələr gələcək nəsillərin daha şüurlu və məsuliyyətli yetişməsinə böyük töhfə verir”, - deputat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 29 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















