Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Şagirdlərin tənqidi düşüncəsi demək olar ki, sıfırdır Həyəcan təbili

Şagirdlərin tənqidi düşüncəsi demək olar ki, sıfırdır Həyəcan təbili

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

PISA nəticələri Azərbaycanın təhsilində dəhşətli mənzərəni üzə çıxardı 65,4%-i baza oxu səviyyəsinə belə çatmayıb, yüksək səviyyədə nəticə 0,1%-dən də aşağıdır

“Açdım VII sinif "Azərbaycan dili" dərsliyinin ixtiyarı bir səhifəsini ki, görüm oxuyub-anlamanı necə öyrədir. Oxuduğum ilk tapşırıqdan belə anladım ki, adam bu dərsliyi öyrənməyə cəhd etsə, doğru bildiklərini yanlış hesab edər”.

Bu fikir Azərbaycan Təhsil İnstitutunun sabiq şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, təhsil eksperti Könül Aydına məxsusdur. K.Aydın adını çəkdiyi dərslikdən bir nümunə gətirir: "Məzmun haqqında məlumat verərkən ara sözlər işlətməklə müəllifə istinad edin (müəllifin fikrincə, daha sonra müəllif bildirir ki... və s..)” "Daha sonra müəllif bildirir ki" - bu, ara sözdürmü? Tabeli mürəkkəb cümlənin tərəfi nə vaxtdan ara söz oldu? Qrammatikada dəyişiklik olub, bizimmi xəbərimiz yoxdur?!. "Məzmun haqqında məlumat vermək" kimi qeyri-müəyyən ifadə dursun bir yana, ara sözü mürəkkəb cümlə ilə qarışdıran dərslik şagirdin beynini daha betər qarışdirmazmı? Cənab təhsil nazirinə xəbər çatdırın, xahiş edirəm: Şagirdlərin oxuyub-anlama səriştəsizliyinin mənbəyini tapmışam. Beş ildir, baş sındırır...” 

Elm və təhsil naziri Emin Əmullayev PİSA nəticələrini açıqlayarkən “3 nəfərdən 2-si oxuduğunu anlamır” söyləməsi hələ də müzakirə mövzusudur. Oxuyub-anlama bacarığı nədir ki, şagirdlərimiz öhdəsindən gələ bimir və bunun səbəbi nədir? Könül Aydına görə, səbəblərdən biri dərsliklərin qəliz dilidir. Bəs başqa?  

Təhsil məsələləri üzrə ekspert Vüqar Məmmədov Sherg.az-a açıqlamasında bildirdi ki, təhsildə ən vacib indikatorlardan biri olan və beynəlxalq hesabatlarda xüsusi vurğulanan "oxu savadlılığı" (reading literacy) çox vaxt yanlış anlaşıldığı kimi, sadəcə hərfləri tanımaq, mətni mexaniki şəkildə, sürətlə və ya səssiz oxumaq bacarığı deyil. PISA standartlarına görə, oxu savadlılığı fərdin yazılı mətnləri dərindən anlamaq, onlardan istifadə etmək, oxuduqları üzərində düşünmək və bu məlumatlar vasitəsilə cəmiyyət həyatında fəal iştirak etmək potensialıdır: 

- Başqa sözlə, bu ölçü 15 yaşlı şagirdin oxuduğu hər hansı bir mətni təhlil edərək ondan öz şəxsi, intellektual inkişafı və məqsədlərinə çatmaq üçün necə faydalana biləcəyini dəyərləndirir. Bu istiqamət üzrə qiymətləndirmə aparılarkən şagirdlərin sadəcə mətnlə tanışlığı yox, bir neçə fundamental idraki bacarığı xüsusi olaraq yoxlanılır. İlk olaraq şagirddən mətndəki açıq və ya gizli məlumatı tapmaq, verilənləri düzgün çeşidləmək tələb olunur. Daha sonra mətnin mənasını dərk etmək, fərqli abzaslar, qrafiklər və ya mürəkkəb cümlələr arasında məntiqi əlaqə qurmaq bacarığı sınaqdan keçirilir. Ən vacib mərhələdə isə şagirdin oxuduğunu tənqidi şəkildə dəyərləndirməsi, müəllifin əsas məqsədini anlamağı və mətndəki məlumatı real həyatdakı qlobal problemlərlə əlaqələndirməsi ölçülür. Məhz bu bacarıqlar müasir informasiya cəmiyyətində fərdin problem həlletmə qabiliyyətini birbaşa müəyyənləşdirən əsas amillərdir. 

V.Məmmədov qeyd etdi ki, oxu savadlılığının tərkib hissəsi olan və şagirdlərin fərqli səviyyələrdəki tapşırıqları anlama və həll etmə potensialını ölçən səriştə səviyyələrinə (proficiency levels) gəldikdə, Azərbaycanın nəticələri xüsusilə narahatlıq doğurur: 

- Əldə olunan statistikaya görə, şagirdlərimizin mütləq əksəriyyəti, yəni təxminən 65,4%-i baza səviyyəsi olan 2-ci səviyyənin (23,8%) altındakı mərhələlərdə - 1A (31,7%), 1B (24,5%) və müvafiq olaraq 1C-də (8,5% və 0,7%) cəmləşib. Bu isə o deməkdir ki, bu şagirdlər yalnız çox bəsit və aydın verilmiş məlumatları anlaya bilirlər, mürəkkəb mətnləri təhlil etməkdə çətinlik çəkirlər. Analitik düşüncə, mətnin fərqli hissələrini birləşdirmək və məntiqi nəticə çıxarmaq tələb edən yüksək səviyyələrdə isə göstəricilər son dərəcə aşağıdır: 3-cü səviyyədə 9,4%, 4-cü səviyyədə 1,4%, 5-ci səviyyədə 0,1%. Ən mürəkkəb tənqidi təfəkkür tələb edən ən yüksək 6-cı səviyyədə isə ölkəmiz üzrə heç bir nəticə qeydə alınmayıb (0%). Bu rəqəmlər, təhsil sistemimizin şagirdlərə baza oxu vərdişlərindən uzağa gedən analitik və tənqidi bacarıqları aşılamaqda yetərsiz qaldığını açıq şəkildə nümayiş etdirir. Yekun olaraq, PISA nəticələrinin obyektiv təhlili göstərir ki, ümumtəhsil sistemimizdə hələ də fundamental islahatlara ehtiyac var. Elm və Təhsil Nazirliyinin qismən uğurlu görünən "Bakı nəticəsi"ni qabardaraq pozitiv ictimai rəy formalaşdırmaq cəhdi aydın olsa da, paytaxt və regionlar arasındakı kəskin təhsil uçurumu aradan qaldırılmadan real tərəqqidən danışmaq çətindir. Oxu savadlılığı göstəricilərinin 374-ə çatması müəyyən bir hərəkətlilik kimi təqdim edilsə də, səriştə səviyyələrindəki bərbad vəziyyət, xüsusən də yüksək analitik düşüncə tələb edən səviyyələrdəki göstəricilərin demək olar ki, sıfıra bərabər olması problemin nə qədər dərin olduğunu sübut edir. Qlobal rəqabətə tab gətirən və OECD standartlarına cavab verən gənclik yetişdirmək üçün sadəcə təbliğat işlərinə deyil, bütün ölkə miqyasında tədrisin məzmununun dəyişdirilməsinə, şagirdlərin tənqidi təfəkkürünün inkişafına və regionlarda təhsilin keyfiyyətinin artırılmasına birbaşa və davamlı sərmayə qoyulmalıdır. Yalnız bu halda biz həqiqi bir təhsil inkişafından və savadlı, mütəfəkkir gələcək nəsillərdən söz aça bilərik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri