Sağlam çəki artırmanın yolları bu qidalar iştahanı və çəkini artırır
Icma.az, Pravda.az saytına istinadən bildirir.
İstər arıqlığa görə narahat olanlar, istərsə də sağlam şəkildə çəkisini artırmaq istəyənlər üçün düzgün və balanslı qidalanma vacibdir.
Pravda.az bildirir ki, orqanizmin sağlam çəki artırması üçün bəzi qidalar xüsusi önəm daşıyır. Bu qidalar orqanizmi zəruri vitamin, mineral və faydalı yağlarla təmin edərək tədricən və sağlam şəkildə çəki artırmağa kömək edir.
Çəki artırmaq üçün faydalı qidalar:
Düyü – Karbohidrat və kalori baxımından zəngin olan düyü, tez doymağa meyilli insanlar üçün ideal qidadır. Qəhvəyi düyü isə əlavə vitamin və liflərlə zəngindir.
Qurudulmuş meyvələr – Ərik, xurma, quru üzüm və əncir kimi meyvələr az miqdarda çoxlu enerji və təbii şəkər ehtiva edir. Təzə meyvələrə nisbətən daha çox kalori verdiyi üçün çəki artırmaq istəyənlərə uyğundur.
Zeytun yağı və digər sağlam yağlar – Yeməklərə əlavə olunan bitki yağları həm dadı artırır, həm də daha çox kalori qəbuluna səbəb olur.
Avokado – Təbii yağlar və kalorilərlə zəngin bu meyvə həm doyurur, həm də sağlam çəki artırmağa yardım edir.
Çərəzlər və yağlı toxumlar – Badam, qoz, fındıq, günəbaxan tumu kimi qidalar həm kalori, həm də zülal baxımından zəngindir.
Fıstıq əzməsi – Xüsusilə az yeyən və tez doymaqdan əziyyət çəkənlər üçün enerji və proteinlə dolu alternativdir.
Kartof və nişastalı qidalar – Kartof, qarğıdalı, kinoa kimi qidalar bədəndə enerji ehtiyatını artırır, qidalanmanı gücləndirir.
Yağlı balıqlar – Somon və skumbriya kimi balıqlar təkcə çəki artırmağa deyil, eyni zamanda ürək və beyin sağlamlığına da dəstək olur.
Əminə Bayramova


