Icma.az
close
up
RU
Arıqlamağın sağlam yolları NƏLƏRDİR?

Arıqlamağın sağlam yolları NƏLƏRDİR?

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Çəki itirmək üçün tətbiq olunan pəhrizlər fərqli yanaşmalar təqdim edir. Amma onların hər biri müxtəlif üstünlüklərə və mümkün risklərə malikdir. Bu səbəbdən pəhriz seçimi edərkən sağlamlıq vəziyyəti, həyat tərzi və şəxsi məqsədlər nəzərə alınmalıdır. Aralıq dənizi pəhrizinin əsasını tərəvəz, meyvə, zeytun yağı, balıq, qoz-fındıq və tam taxıllar təşkil edir. Bu diyet sağlam həyat tərzinin bir parçası kimi tanınır və çəkini idarə etməkdə də təsirlidir. Faydası ondan ibarətdir ki, ürək-damar xəstəlikləri riskini azaldır. Lif və antioksidantlarla zəngindir, buna görə də həzm sistemi üçün faydalıdır. Qan şəkəri səviyyəsini tənzimləyir və diabet riskini azaldır. Lakin porsiya ölçülərinə nəzarət edilməzsə, yüksək kalorili qidalar çəki itirmə prosesini çətinləşdirə bilər. Keyfiyyətli və təzə ərzaqların qiyməti daha yüksək ola bilər". Bu sözləri sağlam qida təbliğatçısı Asim Vəliyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, az karbohidratlı pəhrizlər əsasən karbohidratların ciddi şəkildə azaldılmasını və yağlarla zəngin qidalanmanı təşviq edir: "Orqanizm enerjini əsasən yağlardan alaraq ketoz vəziyyətinə daxil olur. Faydası ondan ibarətdir ki, sürətli çəki itkisini təşviq edir, qan şəkərinin səviyyəsini sabit saxlamağa kömək edir və iştahı azaldaraq qida qəbulunu idarə edir. Lakin ketoz vəziyyəti baş ağrısı, yorğunluq, mineral və vitamin çatışmazlığına səbəb ola bilər. Uzunmüddətli istifadə böyrək və qaraciyər üzərində mənfi təsir göstərə bilər. Oruc pəhrizləri müəyyən zaman aralığında qida qəbulunu məhdudlaşdırmağa əsaslanır. Ən çox tətbiq olunan 16/8 yanaşmasıdır: 16 saat ac qalmaq və 8 saat ərzində yemək yemək. Faydası ondan ibarətdir ki, həzm sistemini dincəldir və insülin həssaslığını artırır. Kalori qəbulunu azaltmağa kömək edir. Lakin uzun müddət ac qalmaq enerji çatışmazlığı, başgicəllənmə və yorğunluğa səbəb ola bilər. Diabet və ya hamiləlik kimi xüsusi hallarda tətbiqi riskli ola bilər.

Vegan pəhrizi yalnız bitki mənşəli qidalarla qidalanmağı nəzərdə tutur. Bu yanaşma çəkini idarə etmək və ətraf mühitə təsiri azaltmaq məqsədilə tərceh edilir. Faydalı tərəfi ondan ibarətdir ki, xolesterolu azaldır və ürək xəstəlikləri riskini aşağı salır. Lif və vitaminlərlə zəngindir, həzmi yaxşılaşdırır. Lakin protein, dəmir, B12 vitamini və omeqa-3 çatışmazlığı yarana bilər. Doğru balanslaşdırılmadıqda enerji çatışmazlığı və əzələ zəifliyinə səbəb ola bilər. Çəki itirmək üçün ən effektiv pəhrizlər şəxsin həyat tərzinə və sağlamlıq vəziyyətinə uyğun olaraq seçilməlidir. İstənilən pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir. Əsas məqsəd yalnız çəki itirmək deyil, həm də uzunmüddətli sağlamlığı qorumaq olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Yanvar 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri