Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır AYDINLIQ GƏTİRİLDİ

Sağlam həyat tərzinin təməli düzgün, balanslaşdırılmış qidalanmadır AYDINLIQ GƏTİRİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Sağlam həyat tərzinin əsas təməli düzgün və balanslaşdırılmış qidalanmadır. Qəbul edilən qidaların növü, miqdarı və qəbul saatı insanın yaşı, cinsi və gündəlik fiziki aktivliyinə uyğun şəkildə dəyişməlidir". Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, 20 yaşına qədər olan şəxslərdə orqanizm inkişaf mərhələsində olduğuna görə enerji ehtiyacı daha yüksəkdir: "Bu yaş qrupuna gün ərzində 3 əsas qidalanma məsləhət görülür. Səhər yeməyi xüsusilə əhəmiyyətlidir: süd və süd məhsulları, çərəzlər və kompleks karbohidratlarla zəngin qidalarla təmin olunmalıdır. Günorta və axşam yeməkləri də həm inkişafı, həm də enerji balansını təmin etməlidir. Bu yaş dövründə maddələr mübadiləsi sürətli olduğu üçün aclıq hissi tez-tez müşahidə oluna bilər. Belə hallarda fast food, qazlı içkilər və keyfiyyətsiz yağlarla hazırlanan məhsullar əvəzinə sağlam alternativlər – təbii ət, tərəvəzlər, kəpəkli çörək və qatıq əsaslı yüngül qidalar seçilməlidir.

20-25 yaşdan sonra qidalanma gündə 2 əsas yemək – səhər və axşam – üzərində qurulmalıdır. Ara yeməklərdə isə meyvə, çərəz kimi yüngül, faydalı qidalardan istifadə oluna bilər.

Qəbula diqqət yetirilməli digər vacib məqam – qidanın keyfiyyəti və müxtəlifliyidir. Mövsümi tərəvəz və meyvələrin rasionda yer alması orqanizmin ehtiyac duyduğu vitamin və mineralların təmini üçün vacibdir. Eyni zamanda təbii yağlar – kərə yağı, nehrə yağı, günəbaxan və zeytun yağı kimi sağlam yağlar gündə 20-30 qram miqdarında qəbul olunmalıdır. Bu yağlar həm daxili orqanların funksiyasını dəstəkləyir, həm də beyin fəaliyyətinə müsbət təsir göstərir.

Un və duz istifadəsi minimum səviyyədə olmalıdır. Çörəkdən gün ərzində 1-2 dilim kifayət edir. Duzun həddindən artıq istifadəsi hipertoniya və oynaq problemlərinə səbəb ola bilər.

Yeməklər bişirildikdən sonra yalnız bir dəfəlik istifadəyə planlaşdırılmalı, növbəti günə saxlanmamalıdır. Çünki saxlanmış yeməklər qida zəhərlənməsinə və həzm sisteminin pozulmasına səbəb ola bilər. Bişirmə zamanı yemək qızartmaları və ya uzun müddət qaynatmalar da zərərli ola bilər. Eyni zamanda uyğun olmayan qidaların birləşdirilməsi belə orqanizmə mənfi təsir göstərə bilər.

Qidaların saxlanması zamanı düzgün qablaşdırma və mal qonşuluğu prinsipinə əməl edilməlidir. Quru, sərin, qaranlıq və ya soyuducu şəraitində saxlanması tələb olunan məhsulların bu tələblərə uyğun şəkildə yerləşdirilməsi zəruridir.

Su qəbuluna da ciddi yanaşmaq lazımdır. Orqanizmin ehtiyac duyduğu su miqdarı, təqribən, bədən çəkisinin hər kiloqramına 30 ml hesablanır (məsələn, 50 kq-lıq bir insan üçün 1.5 litr). Artıq çəkisi olan şəxslər üçün bu hesablamanı dəyişdirmək və orta hesabla gündə 8-9 stəkan su qəbul etmək kifayətdir. Su ən yaxşı səhər acqarına, yeməkdən yarım saat əvvəl və sonra qəbul olunmalıdır.

Sağlam yuxu da insanın ümumi vəziyyətinə birbaşa təsir göstərir. Gecə saat 11-dən səhər 7-8-ə qədər fasiləsiz və dərin yuxu orqanizmin bərpası üçün vacibdir. Gec yatmaq hormon balansını poza, iştahsızlıq və ya həddən artıq yeməyə səbəb ola bilər".

"Stressdən uzaq durmaq və onu idarə etməyi öyrənmək də sağlam həyatın vacib şərtidir. Davamlı stress sinir və hormonal sistemə mənfi təsir göstərir, bəzi hallarda isə artıq çəkiyə və obezliyə gətirib çıxarır.

Zərərli vərdişlər – siqaret, spirtli içki və digər asılılıq yaradan maddələrdən uzaq durmaq xüsusilə gənc yaşlarda çox vacibdir. Bu vərdişlər orqanizmin inkişafdan qalmasına, reproduktiv sağlamlığın pozulmasına və gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri