Icma.az
close
up
RU
Mövsümi qidalar payızda sağlam keçidi asanlaşdırır AYDINLIQ GƏTİRİLDİ

Mövsümi qidalar payızda sağlam keçidi asanlaşdırır AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Payız fəslində sağlam qidalanma orqanizmin fəsil dəyişikliklərinə uyğunlaşması, immunitetin gücləndirilməsi və enerji balansının qorunması baxımından xüsusilə vacibdir". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Seymur Qafarov deyib.

Onun sözlərinə görə, bu dövrdə qida rasionu vitamin, mineral və enerji baxımından zəngin olmalıdır ki, orqanizm soyuq havalara qarşı müqavimət göstərsin və qışa sağlam keçid təmin edilsin: "Mövsümi meyvə və tərəvəzlər payız qidalanmasının əsasını təşkil edir. Nar, portağal, mandarin, kivi və alma C vitamini ilə zəngindir, immuniteti gücləndirir və soyuqdəyməyə qarşı qoruyur. Balqabaq, yerkökü, kələm, brokoli və ispanaq isə A, C, K vitaminləri ilə yanaşı dəmir və fol turşusu kimi minerallarla zəngindir. Bu qidalar göz sağlamlığına faydalıdır və ümumi müdafiə sistemini möhkəmləndirir.

Quru çərəzlər və toxumlar da payız qidalanmasında vacib yer tutur. Qoz, badam, fındıq E vitamini və omeqa-3 yağ turşuları ilə zəngindir, enerji verir və hüceyrələri qoruyur. Balqabaq toxumu və günəbaxan tumu isə sink və antioksidantlarla immuniteti gücləndirir.

Zülal və enerji mənbələri də unudulmamalıdır. Balıq və dəniz məhsulları D vitamini və omeqa-3 ilə zəngindir, iltihab əleyhinə təsir göstərir. Toyuq, yumurta və süd məhsulları, o cümlədən qatıq və kefir, zülal və probiotiklərlə bağırsaq florasını gücləndirir.

Tam taxıllar və sıyıqlar isə uzunmüddətli toxluq hissi verir, qan şəkərini stabil saxlayır və enerji təmin edir. Yulaf, qarabaşaq və qəhvəyi düyü bu baxımdan xüsusilə faydalıdır. Təbii immunitet gücləndiricilərindən bal, zəncəfil, sarımsaq, darçın və limon payızda xüsusilə tövsiyə olunur. Bu məhsullar antibakterial və antiviral təsir göstərir, boğaz ağrılarını azaldır və bədəni viruslardan qoruyur. Eyni zamanda çox yağlı, şəkərli və işlənmiş qidalardan uzaq durmaq lazımdır. Fast-food, qazlı içkilər, tortlar və aşağı keyfiyyətli un məhsulları immuniteti zəiflədə, çəki artımına səbəb ola bilər. Beləliklə, payızda düzgün qidalanma orqanizmin ehtiyac duyduğu vitamin, mineral və enerjini təmin etməklə yanaşı, soyuq havalara qarşı müqaviməti artırır və qışa sağlam keçidi asanlaşdırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri