Sağlam olmaq üçün saat neçədə yatmalıyıq? Həkim DANIŞDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Orqanizmin gecə ərzində tam bərpa olunması üçün müəyyən saatda yatmaq mütləqdir.
Redaktor.az xəbər verir ki, həkim Sara Marin "El Confidencial" nəşrinə verdiyi müsahibədə yuxuya getmək üçün ən ideal vaxtı saat 22:00 hesab edir.
Mütəxəssisin sözlərinə görə, məhz bu vaxtdan etibarən orqanizmdə boy hormonu aktiv şəkildə ifraz olunmağa başlayır. Bu hormon uşaqların inkişafı, böyüklərin isə bədən hüceyrələrinin bərpası üçün olduqca vacibdir. Əgər insan saat 22:00 ilə 23:00 arası yuxuya gedərsə, təxminən gecə yarısına doğru dərin yuxu fazasına çatır ki, bu da boy hormonunun ifrazının pik həddi ilə üst-üstə düşür. Belə bir rejim sayəsində koqnitiv funksiyalar və yaddaş yaxşılaşır, immun sistemi güclənir və maddələr mübadiləsi tənzimlənir. Sara Marin vurğulayır ki, nizamlı yuxu rejimi sadəcə istirahət deyil, ümumi sağlamlığın aktiv şəkildə dəstəklənməsidir.
Eyni zamanda, somnoloq Sofiya Çerkasova bəzi insanlar üçün erkən oyanmağın fəsadları barədə xəbərdarlıq edib. O bildirib ki, axşam xronotipinə malik olan ("bayquş") insanlar üçün çox erkən durmaq cəhdləri xroniki yuxusuzluğa və sinir sisteminin zəifləməsinə yol aça bilər.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 16 Aprel 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















