Icma.az
close
up
RU
Sağlam ürəyin sirrləri

Sağlam ürəyin sirrləri

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Bildiyimiz kimi, ürək orqanizmdə motor funksiyasını yerinə yetirir.

Ürək orqanizmin əsas "yanacağı" olan qanın dövr etməsini təmin edir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan bütün maddələri orqan və toxumalara çatdırır. Ürəyin fəaliyyətində pozulmalar inkişaf etdikdə, qanın normal dövr etmə prosesi pozulur. Bunun nəticəsində isə orqanizmin normal fəaliyyəti və bəzən hətta yaşaması mümkünsüz olur...

Bütün dünyada ürək xəstəlikləri əliliyin və ölümün əsas səbəbi sayılır. Məhz bu səbəbdən insan ürək xəstəliklərin profilaktikası haqqında bilməli və bu bilikləri istifadə etməlidir.

Beləliklə, sağlam ürəyin sirrləri hansılardır?

1. İnsanların əksəriyyəti bilir ki, düzgün qidalanma insanın sağlamlığının təməlidir. Lakin buna baxmayaraq insanların əksəriyyəti düzgün qidalanmır. Təzə meyvə-tərəvəz, təzə ət, toyuq (broyler yox!), balıq, süd məhsulları, yumurta, müxtəlif yarmalar, bitki yağları, buğdanın bərk növlərindən olan çörək - bu məhsullar qidalanmanın əsas hissəsini təşkil etməlidir. Duzlu, yağlı, qızardılmış, konservləşdirilmiş, hisə verilmiş, şirin qidalardan, yarımfabrikat və fast-fud qidalarından uzaq olmaq lazımdır.

2. Deyirlər, hərəkət həyatdır. Bu həqiqətdir. Müasir insanların əksər hissəsi hipodinamiyadan ("az hərəkətlilik") əziyyət çəkir. Alimlərin araşdırmalarına görə, müasir şəhər sakini gün ərzində 9 saat oturaq vəziyyətdə olur. Bu çox böyük problemdir. Günün çox hissəsini oturaq vəziyyətdə olan insanın ürək xəstəliklərinin inkişaf etmə riski fiziki aktiv insanla müqayisədə dəfələrlə çoxdur.

Bu səbəbdən mümkün qədər çox hərəkət edin. Gündəlik piyada gəzintilər (3 km az olmayaraq), üzgüçülük, gündəlik bədən tərbiyəsi çox xeyirlidir.

3. Həkimlərin fikirinə görə, ürəyin əsas düşmənlərdən biri siqaretdir. Belə hesab olunur ki, bu ziyanlı vərdiş ürəyə alkoqoldan, piylənmədən və hipodinamiyadan daha ziyanlıdır.

4. Piylənmə də ürəyə çox mənfi təsir edir. Həddən artıq kök insanlarda qanda pis  xolesterinin və şəkərin səviyyəsi yüksəlmiş olur. Bu isə qan damarların divarlarını zədələyir. Bundan əlavə kök insanın ürək əzələsi də "kökəlir", orada piy yığılır, nəticədə ürəyin fəaliyyəti pozulur.

5. Təxminən 30-35 yaşından başlayaraq insan daim qanda xolesterinin səviyyəsinə nəzarət etməlidir. Bunun üçün ildə 1 dəfədən az olmayaraq qan analizi vermək lazımdır. Qanda "pis" və "yaxşı" xolesterin olur. Bu səbəbdən analizin nəticəsini yalnız mütəxəssis qiymətləndirə bilər. Analizin nəticəsindən asılı olaraq həkim sizə pəhriz və ya xolesterinin səviyyəsini aşağı salan xüsusi dərmanların qəbulunu təyin edə bilər.

6. Yüksək arterizl təzyiq ürəyin və damarların sağlamlığına mənfi təsir edir. Bu səbəbdən 30-35 yaşından başlayaraq insan vaxtaşırı olaraq öz təzyiqini ölçməlidir. Bəzən hipertoniya insanlarda simptomsuz inkişaf edir. Bu səbəbdən insan özündə baş ağrısı, başgicəllənməsi və s. bu kimi simptomları heç vaxt müşahidə etmədikdə belə, öz arterial təzyiqinə nəzarət etməlidir. Əgər insan özündə vaxtaşırı olaraq  təzyiqin 139/89-dan c. st. yuxarı qalxmasını müşahidə edərsə, o, mütləq kardioloqa müraciət etməlidir. Hipertoniyanın ilkin mərhələlərində xəstə yalnız pəhrizin köməyi ilə təzyiqin normallaşmasına nail ola bilər.

7. Qanda şəkərin daim yüksək olması ürəyə çox mənfi təsir edir. Bu səbəbdən 35-40 yaşından sonra hər bir insan ildə 1 dəfə olmaqla qanda şəkərin səviyyəsini yoxlamalıdır. Şəkərli diabet xəstləri daim endokrinoloqun nəzarətində olmalıdır.

Bu sadə məsləhətlərə əməl etdikdə insan özünü bir çox ürək və damar xəstəliklərindən sığortalaya bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri