Icma.az
close
up
RU
Sağlam və enerjili olmaq üçün FAYDALI MƏSLƏHƏTLƏR

Sağlam və enerjili olmaq üçün FAYDALI MƏSLƏHƏTLƏR

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yazda bir çox insanları yuxu basır, onlar tez yorulur, ən xırda məsələlərdən qıcıqlanır, zahiri görünüşləri isə xəstəhal olur.

Mütəxəssislərin fikrincə, bütün bunlar qışın, günəş çatışmazlığının və avitaminozun fəsadlarıdır. Bəs sağlam və enerjili olmaq üçün nə etməli?

Alimlər bildirirlər ki, yazda günün işıqlı vaxtının uzanması nəticəsində orqanizmdə maddələr mübadiləsi sürətlənir: bu zaman insana daha çox enerji və hüceyrələrin yenilənməsi üçün zəruri olan faydalı mikroelementlər lazım olur. Bəsləyici maddələrin çatışmazlığı orqanizmin ümumi tonusunun düşməsinə, immunitetin zəifləməsinə və bunun nəticəsində mövsümi sağlamlıq problemlərinə, xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır.

Həkimlər hesab edirlər ki, orqanizmin ümumi vəziyyətini möhkəmləndirmək üçün ilk növbədə ürək-damar sistemini qüvvətləndirmək lazımdır. Bu dövrdə xüsusən duz və maye qəbulu nəzarətdə saxlanmalıdır.

Bundan əlavə, tərkibində C, B, E və A vitaminləri olan məhsulları yemək faydalıdır. Alimlərin sözlərinə görə, bu nutriyentlər tonusun bərpa olunması, sinir sisteminin sabitliyinin saxlanması və dərinin vəziyyətinin yaxşılaşması üçün əsas maddələrdir.

İmmunitetin yaxşı olması üçün bağırsağın mikroflorası sağlam olmalıdır. Mütəxəssislər tövsiyə edirlər: “Tez-tez soyuqlamaq və yorulmaq bağırsaqların işlək vəziyyətdə olmaması ilə bağlıdır. Təzə və fermentləşdirilmiş tərəvəz, meyvə, habelə ağartı məhsulları bağırsaq mikroflorasını və həzm traktını “sazlamağa” kömək edir”.

Baharda tənəffüs hərəkətləri də əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir, təzyiqi və qan dövranını normallaşdırır. Ürək, ağciyər və baş beyin oksigenlə yetərincə təmin olunmayanda, mübadilə prosesləri pozulur. Yazda xüsusən iynəyarpaqlı meşəyə tez-tez gəzintiyə çıxmaq məsləhət görülür. Ağciyəri şəhər havasının tərkibindəki zərərli maddələrdən təmizləmək üçün istirahət günləri təbiətin qoynunda dörd saat keçirmək kifayətdir. (publika.az)

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri