Icma.az
close
up
RU
Sağlam və uzun yaşamaq üçün nə yeməli?

Sağlam və uzun yaşamaq üçün nə yeməli?

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Hamı uzun və sağlam ömür yaşamaq istəyir, amma hamı bu istəyin tələblərinə cavab verəcək həyat yaşamır. Kimi məcburiyyətdən, kimi etinasızlıqdan, kimi də iştahına düşkün olduğu üçün sağlam qidalana bilmir. Çəkisi artanda və ya azalanda bu problemini sağlam yolla həll etmək yerinə sosial şəbəkələrdə reklam edilən həb və ya məcunlarla həll etməyə çalışır. Nəticədə ya sağlamlığında ciddi problemlər yaranır, ya da aldanır. Halbuki sağlam olmaq, həmişə normal çəkidə qalmaq və uzun ömürlü olmaq üçün düzgün qidalanmaq vacibdir.

Ümumiyyətlə, sağlam bir ömür sürmək, o ömrün də uzun olması üçün bir neçə faktora diqqət eləmək lazımdır. Bütün elmi araşdırmalar və uzunömürlü insanların həyat tərzinə dair aparılan müşahidələr göstərir ki, həm fiziki, həm psixoloji, həm də sosial aspektlər uzunömürlü və sağlam həyat üçün əhəmiyyətlidir. Amma ümumilikdə uzunömürlülüyün şərtləri kimi ilk olaraq sağlam qidalanma vacibdir. Bitki əsaslı qidalar, tərəvəz, meyvə, paxlalılar insan sağlamlığı üçün çox faydalıdır. Bu cür qidalanma uzunömürlülük qazandırmaqla yanaşı həm də xroniki xəstəliklərin qarşısını alır. Bitki əsaslı pəhrizlər xolesterin və qan təzyiqini aşağı salır, arteriyaların tutulmasının qarşısını alır, ürək-damar xəstəlikləri riskini azaldır, infarkt, insult və s. kimi problemləri minimuma endirir.

Bitki tərkibli qidalar qanda şəkərin sabit qalmasına kömək edir, insulinə həssaslığı artırır. Bitkilərin tərkibində sadə şəkərlər az, kompleks karbohidratlar çoxdur. Bitki tərkibli qidalanma həm də arıqlamağa və çəkini qorumağa kömək edir. Çünki bitkilər liflə zəngindir, bu da toxluq hissi yaradır və normadan artıq yeməyin qarşısını alır. Bitki tərkibli qidalar maddələr mübadiləsini stimullaşdırır. Bitkilərin demək olar ki hamısında çoxlu antioksidant və fitokimyəvi maddələr var, bu maddələr hüceyrə zədələnməsinin və xərçəngin qarşısını alır. Bitki ilə qidalanan insanlarda damar sistemi sağlam qaldığı üçün qan dövranı problemsiz işləyir və beyinə yaxşı qan gedir. Bu da Azeymer və demensiya riskini azaldır. Həmçnin bitki tərkibli qidalanma qəbizliyi aradan qaldırır, bağırsaq mikroflorasını balansda saxlayır ki, bu da bağırsaq xərçəngi riskini azaldır.

Tibb elmi deyir ki, az miqdarda ət və şəkərsiz qidalanma uzunömürlülüyün açarıdır. Xüsusilə qırmızı ət və emal olunmuş qidalar qida rasionunda azaldılmalıdır. Qırmızı ət həddindən artıq qəbul edildikdə xolesterin və doymuş yağ miqdarını artırır və beləcə ürək-damar xəstəlikləri riski yüksəlir. Qırmızı ət yerinə balıq istehlak edilməsi daha sağlam qidalanmadır. Qida rasionunda qızardılmış, kabab edilmiş, hisə verilmiş ət üstünlük təşkil edən insanların orqanizmində heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər yaranır. Adıçəkilən maddələr kanserogendir.

Müasir tədqiqatların bir çoxu yoğun bağırsaq xərçəngi ilə qırmızı ət istehlakı arasında əlaqə olduğunu sübut edir. Emal olunmuş ətlər –kolbasa və sosislər nitrat və nitrit kimi kimyəvi qatqılar ehtiva edir, bu da mədə və bağırsaq xərçəngi riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatı da emal olunmuş əti “1-ci dərəcəli kanserogen” kimi təsnif edir, bu da o deməkdir ki, emal olunmuş ətlər siqaretlə eyni kateqoriyadadır. Qırmızı əti rasionundan azaldan insanlar onun yerini paxlalılar ilə doldura bilər. Ətdə olan zülalı noxud, mərcimək, lobya, qoz-fındıq, yumurta, balıq ilə kompensasiya etmək olar.

Rasiondan şəkərin çıxarılması da sağlam qidalanma şərtlərindən biridir. Şirniyyat, qazlı içkilər, paketli məhsulların tərkibindəki şəkər piylənmə, 2-ci tip diabet, diş çürüməsi və ürək xəstəliklərinə səbəb olur. Qanda şəkərin tez-tez qalxıb-enməsi enerji çatışmazlığına, əsəbə və insulin müqavimətinə səbəb olur. Həmçinin şəkər qaraciyərin piylənməsi və xroniki iltihab riskini artırır. Şəkər ehtiyacını qurudulmuş meyvələr ilə ötüşdürmək olar. Tut, ərik qurusu, xurma çayla qəbul etmək üçün yaxşı alternativdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see272

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see271

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see254

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see246

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see238

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see237

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see234

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see228

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see213

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see211

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see211

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see209

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see204

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see202

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see193

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see183

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see179

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see178

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see177

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri