Sağlam yuxunun müddəti müəyyən edildi
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Həkim-somnoloq Karema Maqomedova insanın hər gün nə qədər yatmalı olduğunu açıqlayıb.
Hurriyyet.info xəbər verir ki, o, sağlam yuxunun müddətini "RİA Novosti" agentliyinə müsahibəsində adeyib.
"Çoxsaylı araşdırmaların nəticələri göstərir ki, sağlam olmaq üçün insanın orta hesabla yeddi saat yatması lazımdır", - deyə Maqomedova bildirib.
Bununla yanaşı, həkim qeyd edib ki, bu rəqəm insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Somnoloqun sözlərinə görə, "az yatan" insanlar üçün dörd-beş saatlıq yuxu kifayət edə bilər, "çox yatanlar" üçün isə bu müddət doqquz saatdan başlayır.
Maqomedova əlavə edib ki, insanın yuxusunu alıb-almadığını bir neçə sadə meyara görə müəyyən etmək olar. O əmin edib ki, əgər şəxs oyandıqdan 20-30 dəqiqə sonra gümrahlıq rejiminə keçirsə və gün ərzində problemsiz fəaliyyət göstərirsə, deməli, yuxu kifayət qədər olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 03 Mart 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















