Icma.az
close
up
RU
Sağlamlığa aparan addımlar..

Sağlamlığa aparan addımlar..

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Yayda gəzinti üçün ən ideal məkan və vaxt hansıdır ?

Yayın isti günləri bir çox insan üçün istirahət mövsümü hesab olunsa da, həkimlərin fikrincə, bu fəsildə fiziki aktivliyin düzgün təşkili orqanizmin sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Havanın temperaturunun normadan artıq yüksəldiyi saatlarda edilən gəzinti ürək-damar sisteminə əlavə yük yarada, günvurma, susuzlaşma və arterial təzyiq dəyişiklikləri ilə nəticələnə bilər. Buna görə də sağlam həyat tərzini seçən insanların ilk növbədə günün hansı saatlarında və harada hərəkət etməli olduqlarını bilmələri vacibdir.

Mütəxəssislər yay aylarında gəzinti və yüngül idman üçün ən əlverişli vaxtın səhər saat 06:00-dan 09:00-dək, eləcə də günəş şüalarının təsirinin zəiflədiyi axşam 18:30-dan 21:00-dək olan müddət olduğunu bildirirlər. Çünki həmin saatlarda havanın temperaturu nisbətən aşağı olur, ultrabənövşəyi şüaların təsiri azalır, nəfəs alma prosesi rahatlaşır və orqanizm fiziki yükə daha təhlükəsiz şəkildə uyğunlaşa bilir. Saat 11:00-dan 17:00-dək açıq havada intensiv idmanla məşğul olmaq xüsusilə yaşlı insanlar, uşaqlar, ürək və təzyiq xəstəlikləri olan şəxslər üçün ciddi sağlamlıq riski yarada bilər.

Yayda gəzinti üçün ən ideal məkanlardan biri...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, yay mövsümündə gəzinti üçün ən ideal məkanlardan biri dəniz sahilləri hesab olunur. Onun sözlərinə görə, dənizdəki havada olan duz və mineral hissəciklər tənəffüs yollarının təmizlənməsinə kömək edir, oksigenlə zəngin mühit ağciyərlərin fəaliyyətini yaxşılaşdırır, dəniz dalğalarının yaratdığı təbii səs isə sinir sistemini sakitləşdirərək stress hormonlarının azalmasına, yuxunun keyfiyyətinin yüksəlməsinə və ümumi psixoloji rahatlığın təmin olunmasına müsbət təsir göstərir: “Ona görə də səhərin ilk saatlarında və ya gün batımına yaxın dəniz kənarında edilən gəzintilər həm fiziki, həm də emosional sağlamlıq üçün əsl təbii terapiya hesab edilir.

Şəhər parkları da yay aylarında sağlam həyat tərzinin ayrılmaz hissəsinə çevrilir. Yaşıllıqla əhatə olunmuş ərazilərdə havanın temperaturu asfalt örtüklü küçələrlə müqayisədə daha aşağı olur, ağacların ifraz etdiyi oksigen və fitonsidlər nəfəs yollarını rahatlaşdırır, insanların təbiətlə təması isə beyin fəaliyyətini aktivləşdirərək diqqəti artırır, yorğunluğu azaldır və gündəlik həyatın yaratdığı gərginliyin aradan qalxmasına kömək edir. Bu baxımdan hər gün cəmi 30-60 dəqiqə parkda gəzinti etmək belə sağlamlıq üçün ciddi fayda verir”.

Müntəzəm yürüyüşün xeyirləri...

Həkimin sözlərinə görə, insan orqanizmi hərəkət üçün yaradılıb və yay fəslində düzgün təşkil olunmuş gəzinti ən təhlükəsiz fiziki aktivlik növlərindən biri hesab olunur: “Müntəzəm yürüyüş ürək əzələsini gücləndirir, qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, artıq çəkinin azalmasına kömək edir. Eyni zamanda qanda şəkərin və xolesterinin tənzimlənməsinə müsbət təsir göstərir, immun sistemini möhkəmləndirir və beynin oksigenlə təminatını artıraraq yaddaşın, diqqətin və zehni fəaliyyətin daha səmərəli işləməsinə şərait yaradır. Lakin sağlamlıq yalnız hərəkət etməkdən ibarət deyil, həm də bunu düzgün qaydalar çərçivəsində həyata keçirməkdir. Ona görə də yay aylarında açıq havaya çıxarkən yüngül və açıq rəngli geyim seçmək, başı günəşdən qoruyan papaqdan istifadə etmək, gəzintidən əvvəl və sonra kifayət qədər su qəbul etmək, günəşdən qoruyucu vasitələrdən yararlanmaq, ağır fiziki yüklənmədən çəkinmək və orqanizmin verdiyi hər bir siqnalı diqqətlə izləmək vacibdir. Başgicəllənmə, ürəkbulanma, həddindən artıq halsızlıq və ya nəfəs darlığı hiss edildikdə fiziki aktivlik dərhal dayandırılmalı və kölgəlik əraziyə keçilməlidir”.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 İyul 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see410

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see376

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see374

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see338

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see334

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see326

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see254

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see249

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see225

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see215

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see213

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see211

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see207

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see196

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see196

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see191

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see191

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see180

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri