Icma.az
close
up
RU
Sağlamlığımıza zərər vuran geniş yayılmış 5 əsas vərdiş

Sağlamlığımıza zərər vuran geniş yayılmış 5 əsas vərdiş

Icma.az bildirir, Moderator.az portalına istinadən.

"Gündəlik zərərli vərdişlərdən imtina edilməsi və onların faydalı vərdişlərlə əvəzlənməsi ömrümüzü uzadacaq, həyatımızın keyfiyyətini yüksəldəcək..."

Bizim diqqətimizdən yayınan adi vərdişlər orqanizmimizə ciddi zərər vurur.

Moderator.az xəbər verir ki, bu barədə "canva.com" nəşri yazıb.

Tibb işçiləri iddia edir ki, bizim diqqət yetirmədiyimiz bir çox adi vərdişlər orqanizmimizə ciddi zərər vura bilər. Bunların arasında siqret çəkmək, yuxusuzluq, fiziki fəallığın olmaması və alkoqoldan sui-istifadə edilməsini göstərmək olar.

1. Alkoqol ürək və qaraciyər üçün gizli təhlükədir

Alkoqoldan hətta mülayim miqdarda istifadə edilməsi sağlamlıq üçün dağıdıcı ola bilər. Mütəxəssislərin məlumatlarına görə, alkoqol ürək-damar sisteminə zərbə vurur, insult, kardiomiopatiya və hipertoniya riskini artırır. Bundan başqa, o, qara ciyərə neqativ təsir edərək sirroz, piy hepatozu və qara ciyər xərçənginin inkişafına kömək edir.

Sağlamlığın qorunması üçün həkimlər alkoqoldan istufadəni məhdudlaşdırmağı və ya ondan tamamilə imtina etməyi məsləhət görür.

2. Yuxu çatışmazlığı orqanizmin görünməz düşmənidir

Xroniki yuxusuzluq müasir cəmiyyətin ən geniş yayılmış problemlərindən biridir. İnsanlar tez-tez iş və ya əyləncələr naminə yuxunu azaldır, bu da xroniki yorğunluğa, depressiyaya və koqnitiv funksiyaların pisləşməsinə gətirib çıxarır. Yaşlı insanın sutkalıq yuxu norması 7-9 saat təşkil edir.

Yuxusuzluq həm də aşağıdakı xəstəliklərin inkişaf riskini yüksəldir:

2-ci tip diabet.

Hipertoniya.

Piylənmə.

İmmunitetin zəifləməsi.

3. Visseral piy sağlamlıq üçün sakit təhlükədir

Qarın nahiyəsində toplanan piy təkcə zahiri görkəmimizi pisləşdirmir, həm də sağlamlığa ciddi təhlükə törədir. Daxili orqanları əhatə edən visseral piy aşağıdakı xəstəliklərin inkişaf riskini yüksəldir:

Ürək xəstəlikləri.

Diabet.

Qeyri-alkoqol piylənmə xəstəliyi.

Xərçəngin bəzi növləri (məsələn, kolorektal).

Artıq piylə mübarizə üçün balanslı qidalanmanın müntəzəm fiziki aktivliklə birləşdirmək tövsiyə edilir.

4. Oturaq həyat tərzi müasir epidemiyaya çevrilib

Uzun müddət, məsələn, iş masası arxasında, duvanda və ya avtomobildə oturaq vəziyyətdə olmaq bütün orqanizmə neqativ təsir göstərir. Bu vərdiş aşağıdakı dəyişikliyə səbəb ola bilər:

Qanda şəkərin və xolesterinin miqdarının yüksəlməsi.

Maddələr mübadiləsinin pozulması.

Hipertoniya və piylənmənin inkişafı.

Bu problemlərin qarşısının alınması üçün hər 30-60 dəqiqədən bir ayağa qalxmaq, fiziki hərəkətlər etmək, habelə müntəzəm olaraq idmanla məşğul olmaq vacibdir.

5. Siqaret çəkmək ürək və ağ ciyər üçün zəhərdir

Siqaret çəkmək sağlamlıq üçün ən dağıdıcı vərdişlərdən biridir. Bu, aşağıdakılara səbəb olur:

Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi.

Ağ ciyər xərşəngi.

Ürək-damar xəstəlikləri.

Hətta passiv siqaret çəkmək ətrafdakılara xeyli ziyan vura, ürək-damar və onkoloji xəstəliklər riskini artıra bilər.

Əlavə gündəlik təhlükələr

Şəkər və emal edilmiş məhsullardan sui-istifadə edilməsi. Bu, piylənməyə, diabetə və damar problemlərinə səbəb ola bilər.

İçki rejiminə etinasız yanaşma. Su çatışmazlığı susuzluğa səbəb ola bilər ki, bu da orqanizmin bütün sistemlərinin işinə təsir edir.

Stresin görməzdən gəlinməsi. Daimi gərginlik immuniteti pisləşdirir, ürək xəstəliklərinə təhrik edir və yuxunu pozur. 

Sağlamlığı necə qorumalı?

Gündəlik vərdişlərdən dəyən zərəri munimuma endirmək üçün həkimlər aşağıdakıları tövsiyə edir:

Fəal həyat tərzi keçirmək.

Gündəlik gəzintilər, fiziki məşğələlər və ya idmanla məşğul olmaq üçün zaman ayırın.

Qida rasionunuza diqqət yetirin.

Daha çox təzə meyvə-tərəvəz, tamtaxıl məhsullarından istifadə edin, şəkər və duzun miqdarını azaldın.

Yuxu rejiminə riayət edin.

Eyni zamanda yuxuya getmək və yuxudan oyanmağa çalışın.

Zərərli vərdişlərdən imtina edin.

Siqaret çəkmək və alkoqoldan tədricən imtina edilməsi həyat keyfiyyətini yaxşılaşdıracaq və xəstəliklər riskini azaldacaq.

Müntəzəm olaraq həkimdə müayinədən keçin.

Problemlərin erkən aşkar edilməsi ciddi fəsadlardan yan keçməyə kömək edir.

Yekun olaraq bunları qeyd edək:

Bizim vərdişlərimiz sağlamlığımızı formalaşdırır, ona görə də onların seçilməsinə şüurlu yanaşmaq gərəkdir. Gündəlik zərərli vərdişlərdən imtina edilməsi və onların faydalı vərdişlərlə əvəzlənməsi ömrümüzü uzadacaq, həyatımızın keyfiyyətini yüksəldəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Dekabr 2024 00:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri