Sağlamlığın bir çox şərtləri içərisində iki əsas şərti: qida və hərəkət
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Allah insanın bütün əzalarını ömür boyunca müəyyən bir funksiyanı icra etməsi üçün, yəni işləməsi üçün yaradıb. Əzaları işlətməyəndə və ya düzgün işlətməyəndə onlar mövcud olduqları bədənə xidmət etməkdən imtina edir, bəzən hətta intiqam alır.
Çox illər əvvəl biz yarımavtomat paltaryuyan maşından istifadə edirdik. Sonra tam avtomat maşın aldıq, yarımavtomat bir küncdə qaldı. Günlərin bir günü ona ehtiyacımız oldu, işlətmək istədik, pəri fırlanmadı. Cərəyandan tez ayırmasaydıq, mühərriki yanacaqdı: artıq yanıq qoxusu hiss edilməyə başlamışdı. Usta (həkim!.)çağırdıq, baxıb dedi ki, işi uzundur, bəlkə, heç təmir etmək də mümkün olmayacaq...
İndi o maşın hamam otağında bir küncdə durur. Digər küncdə isə avtomat maşın hər gün və ya günötürə, yaz, yay, payız, qış şən-şən uğuldayaraq fırlanır özü üçün (başqaları üçün də, əlbəttə), həm də ən azı yarım saat...
(Ağlıma gəldi ki, bəlkə, düşüb maşınların şəklini çəkərək onu da yazıya illüstrasiya kimi əlavə edim: məncə, məqamı düşəndə piktoqrafik yazının təsir gücü fonoqrafik yazıdan daha güclü olur).
Hansı səbəbdən yarandı bu yazı? Yaxın günlərdə yuxu rejimi, xüsusilə məktəblilərin yuxu rejimi ilə bağlı bir söhbət olmuşdu. Bu yazı o söhbətin təəssüratı kimi ərsəyə gəldi. Düşünək: aramızda bu gün oyanıb bu gün də yatmağa gedən adamlar çoxdur, yoxsa bu gün oyanıb sonrakı gün yatmağa gedənlər? Məncə, birincilər. Səbəb?.. O qədəər... Çoxu da heç səbəb yox, bəhanə... Bu səbəblər, bəhanələr var olduqca yuxu vaxtından oğurluqlar davam edəcək və dincəlmək haqqından məhrum olan əzalarımız tədricən hərəkət etməkdən - işləməkdən "imtina edərək" bizləri də fəal həyat tərzinə həsrət qoyacaqlar. Söz var ki, ziyanlı yolun yarısından qayıtmaq da xeyirdir. Bəs görəsən, biz o yolun harasındayıq?..
İmarət Cəlilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Oktyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















