Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Sumqayıt" Futbol Klubu və "Azərikimya" İB-nin təşəbbüsü, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xüsusi Məktəbin şagirdləri ilə görüş təşkil olunub. Görüşdə "Azərikimya" İB-nin Baş Direktoru və "Sumqayıt" FK-nın Müşahidə Şurasının sədri Elnur Məmmədli, "Sumqayıt" FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, baş məşqçimiz Vaqif Cavadov, komanda üzvləri, "Kapital Bank" ASC-nin İctimaiyyətlə Əlaqələr üzrə eksperti İlyas Cəfərli və klubun digər əməkdaşları iştirak ediblər.
Sport24.az xəbər verir ki, görüşdə məktəbin şagirdləri tərəfindən hazırlanmış çıxışlar təqdim olunub, onlarla maraqlı söhbətlər aparılıb.
Şagirdlər komandamızın futbolçuları ilə fotolar çəkdirib, daha sonra isə onlara hədiyyələr təqdim olunub. Yekunda isə xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 10 Yanvar 2025 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















