Icma.az
close
up
RU
Şahbaz Şərifin ölkəmizə səfəri əməkdaşlığımız üçün nə VƏD EDİR? Pakistanlı politoloqdan ÖZƏL AÇIQLAMA

Şahbaz Şərifin ölkəmizə səfəri əməkdaşlığımız üçün nə VƏD EDİR? Pakistanlı politoloqdan ÖZƏL AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Pakistan Baş nazirinin Bakı səfəri çərçivəsində iki ölkə arasında strateji əlaqələri gücləndirəcək bir sıra Anlaşma Memorandumlarının və müqavilələrin imzalanması gözlənilir. Baş nazir həmçinin bugün  Pakistan-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Burada hər iki ölkənin iş adamları birgə müəssisələr, ticarət və investisiya imkanlarını, xüsusilə də biznesdən-biznesə əməkdaşlığı araşdıracaqlar”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Pakistan Gənc Diplomatiya Forumunun təsisçi prezidenti, politoloq Musavar Tanoli deyib.
 

MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Şahbaz Şəriflə geniş tərkibdə görüşü KEÇİRİLİB - FOTO


Əməkdaşlığın perspektivləri
Pakistan Baş nazirinin Bakı səfərini şərh edən analitik, Pakistanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini qeyd edib.
“Azərbaycan və Pakistan qarşılıqlı dəyərlər, etimad və ortaq maraqlara əsaslanan uzunmüddətli əlaqələrə malikdir. Bu səfər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, iqtisadi tərəfdaşlığın gücləndirilməsi və regional əməkdaşlığın artırılmasına dair qarşılıqlı dəstəyi möhkəmləndirir. Bu səfər Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və ticarətin, o cümlədən investisiyaların artırılması üçün bir fürsət yaradır. İmzalanan müqavilə və memorandumlar yeni biznes imkanları açaraq Pakistan məhsulları üçün bazarlar və Azərbaycan investisiyaları üçün geniş imkanlar təqdim edəcək”, - deyə M.Tanoli deyib.
Azərbaycan-Pakistan hərbi tərəfdaşlığı
Analitik hesab edir ki, Azərbaycanın enerji sahəsindəki uğurları Pakistanı sevindirir və ölkəsi, Bakının enerji siyasətindən faydalanmaq niyyətindədir:
“Azərbaycanın zəngin enerji ehtiyatlarına sahib olması Pakistana enerji tələbatını ödəməkdə mühüm dəstək göstərə bilər. Danışıqlar zamanı enerji ticarəti, xüsusilə də maye qaz idxalı müzakirə ediləcək ki, bu da Pakistanın enerji sektorunun sabitləşməsinə kömək edə bilər. Azərbaycanla gücləndirilmiş müdafiə əməkdaşlığı ikitərəfli hərbi əlaqələri, birgə təlimləri və müdafiə texnologiyalarının mübadiləsini artıraraq Pakistanın müdafiə sənayesini inkişaf etdirəcək”, - deyə M.Tanoli deyib.

Tehran Orucoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri