Icma.az
close
up
RU
Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: “Onda deyək ki, Mirzə Cəlil də Ölülər deməməli idi?!”

Şahbaz Xuduoğlu Əlisa Nicatı müdafiə etdi: “Onda deyək ki, Mirzə Cəlil də Ölülər deməməli idi?!”

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu qocaman yazıçı Əlisa Nicatı ziyarət etdi, 90 yaşının tamam olması münasibətiylə onu təbrik etdi, söhbətləşdi, yaşayışı, güzəranı ilə maraqlandı və ziyarəti barədə sosial şəbəkə hesabında paylaşım etdi.

İctimaiyyətin reaksiyası isə, təbii bir şəkildə, fərqli oldu. Əlisa Nicata maddi dəstək vermək istəyənlər çox oldu və Şahbaz bəy müraciətləri nəzərə alaraq yazıçının bank hesabını paylaşdı. Eni zamanda Əlisa Nicatı “filfilo” adlandıran, onun Azərbaycan xalqını təhqir etdiyini irəli sürərək hazırda sosial şəbəkədə tənqidi paylaşımlar edir.  

Fəlsəfə doktoru Etibar Əliyev yazır: 

“Əlisa Nicat: “Mənim xalqım Azərbaycan xalqı deyil, mənin xalqım Azərbaycan xalqının min nəfəridir”. Bu filfilo müsahibələrinin birində Jirinovskidən sonra xalqımızı qoyun adlandıran ikinci nadandır. Dünya tarixində öz xalqını belə həqarət edən yazıçı və filosofa rast gəlmisinizmi? Bunun cavabı niyə verilmir? Bu şir ürəkli xalq torpaqlarını işğaldan azad etmək üçün 30 mindən çox şəhid verib. Bir yaramaz və sarsaq qoca isə xalqı qoyun adlandırır. Peyğəmbərimizi aşağılayır… Adam bütün türk düşüncə dühalarını açıq- aşkar təhqir edir”.

Sherg.az Şahbaz Xuduoğlunun bu duruma münasibətini soruşub. Onun cavabı belə oldu:

- Baxın, müxtəlif yazıçılar fikirlərini bu cür ifadə edir. Deyirlər, məsələn, mənim oxucum 100 nəfərdir. Mənim xalqım 1000 nəfərdir. Yəni, bunu o mənada deyirlər ki, onu duyan, onu başa düşən xalqın içində 1000 nəfərdir. Kimsə bu şəkildə danışırsa, bu o demək deyil ki, xalqı aşağılayır, yaxud xalqına nifrət edir, öz xalqını sevmir... Xalqı ən çox tənqid edən Mirzə Cəlildir. İndi Mirzə Cəlil olmamalıdır?! Yazıçının ən böyük ustalığı, öz xalqını həm də tənqid etmək və onu arzuladığı bir səviyyəyə yüksəltməkdir. Burada qeyri-adi nə var ki?! Onda deyək ki, Mirzə Cəlil bu xalqa “ölülər” deməməli idi?!. Yaxud, “Danabaş kəndinin əhvalatı” xalqın nə qədər kölə və qul olmasını göstərən bir hekayət deyilmi?! O mənada bu cür yazıçılara, bu cür qanadlı fikirlərinə görə onları əsla, bir mənalı şəkildə yozmaq olmaz. Mən belə fikirləşirəm.

Şahbaz Xuduoğlu Əlisa Nicatı qocaman yazıçı olaraq ziyarət etdiyini və onun güzəranını gündəmə gətirmək istədiyini bildirdi: 

- Əlisa Nicatın 90 yaşı var. Yaşlı adamdır. Sovet dövründə də bu imza çox məşhur idi. Tək-tək belə insanar qalıb, çox azdır onların sayı. Mən də qocaman yazıçının kitablarını imkan olanda nəşr edirəm. Onu ziyarət etdim, 90 yaşını təbrik etdim. Kimlər necə rəy yazırlar, öz işləridir. Mən fikrimi açıqladım. Ümumiyyətlə mən gözdən-könüldən uzaq olan yazıçıları çalışıram diqqət mərkəzinə gətirim. Cəmiyyətimiz görsün, unutmasın, onlara hörmət etsinlər, qayğısına qalsınlar. Bu cür insanların mütləq şəkildə qayğısına qalmaq lazımdır. “Ailəsi varmı, yoxmu”, bunlar yersiz söhbətlərdir, çünki bu insanlar o hüdudları keçiblər artıq. Gərək cəmiyyət, dövlət onların qayğısına qalsın. Bu mənada gərək hammız həmrəy olaq ki yaş onları təkləməsin, özlərini köməksiz, tənha hiss etməsinlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Avqust 2026 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri