Icma.az
close
up
RU
Sahib Əliyev: “Azərbaycan artıq Mərkəzi Asiya Birliyinin de fakto üzvüdür”

Sahib Əliyev: “Azərbaycan artıq Mərkəzi Asiya Birliyinin de fakto üzvüdür”

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Milli Məclisin deputatı Sahib Alıyev parlament iclasında çıxışı zamanı Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfərinin əhəmiyyətinə toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, bu səfər təkcə Azərbaycan və Qazaxıstan üçün deyil, bütövlükdə türk dünyası üçün yeni geosiyasi reallıqlar yaradıb.

“Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə ilə yanaşı bütün türk dünyası üçün böyük perspektivlər vəd edən, geosiyasi xarakter daşıyan yeni reallıqların olduğunu göstərdi. Reallıq budur ki, Xəzər hövzəsində keçmiş SSRİ-dən qalan bütün baryerlər tam aradan qalxıb”, – deyə deputat vurğulayıb.

Sahib Alıyevin sözlərinə görə, artıq Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər ayrı-ayrı regionlar arasında deyil, vahid məkanda hərəkət edən dövlətlər arasında əməkdaşlıq səviyyəsinə yüksəlib:

“Bu gün Azərbaycan Mərkəzi Asiya Birliyinin de-yure olmasa da, de-fakto üzvü sayılmalıdır. Biz artıq eyni areyanın, eyni aləmin təmsilçiləri, eyni hədəfə doğru irəliləyən dövlətlərik”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Ermənistan üzərindən tranzit daşımalarla bağlı qərarı regionda sülhün bərqərar olması baxımından mühüm addımdır:

“Azərbaycanın Qazaxıstandan göndərilən taxılın tranzitinə icazə verməsi təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Bu, həm Ermənistanın beynəlxalq subyektliyinə dəstəkdir, həm də regionda sülhün real göstəricisidir”.

Sahib Alıyev əlavə edib ki, Azərbaycan əvvəllər də region ölkələrinə yardım göstərməklə sülh və sabitliyə töhfə verib:

“Azərbaycan vaxtilə mazut göndərməklə Ukraynaya, qazla Gürcüstana, kreditlə isə Belarusa dəstək verib. Bu, ölkəmizin regional həmrəyliyə və sabitliyə verdiyi töhfənin növbəti sübutudur”.

Deputat həmçinin Ermənistan parlamentinin spikeri ilə Cenevrədə keçirilən görüşün və Azərbaycan ictimai sektorunun İrəvana səfərlərinin sülhə xidmət etdiyini vurğulayıb.

Sahib Alıyevin çıxışının sonunda erməni diasporunun son hərəkətlərinə də münasibət bildirib:

“Əgər regionda sülhə real zəmin yaranıbsa, HayDat qurumunun və onlardan asılı olan medianın təxribatçı davranışları qəbuledilməzdir. Ermənistan rəhbərliyi Minsk qrupunun buraxılması məsələsində olduğu kimi, burada da Azərbaycanla eyni mövqedən çıxış etməli, belə hərəkətləri açıq şəkildə pisləməlidir”.

Aidə Qurbanlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri