Icma.az
close
up
RU
Sahibə Qafarova BƏƏ nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Sahibə Qafarova BƏƏ nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayerin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, qonağı APA-nın 15-ci plenar sessiyası çərçivəsində yenidən görməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri dəvəti qəbul edib APA-nın plenar sessiyasında iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.
Spiker diqqətə çatdırıb ki, ötən ildən etibarən Azərbaycan parlamenti APA-ya sədrlik edir və biz bu təşkilatı Asiya parlamentlərini birləşdirən, parlament diplomatiyası üçün mühüm platforma kimi daha da gücləndirməyə sadiqik. Sahibə Qafarova qeyd edib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətləri yüksək səviyyədədir və strateji əhəmiyyət daşıyır. Xalqlarımız arasında mövcud olan tarixi, dini və mədəni əlaqələr ölkələrimiz arasında münasibətlərin daha da inkişafı üçün möhkəm bir təməl yaradır. Diplomatik əlaqələrimizin qurulduğu 1992-ci ilin sentyabr ayından bəri müxtəlif sahələrdə əlaqələrimiz yüksək səviyyəyə çatıb. İqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. Siyasi dialoq çox aktivdir.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BƏƏ-yə səfərləri, həmçinin BƏƏ Prezidenti cənab Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana rəsmi səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.
Bunlar arasında “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” xüsusi əhəmiyyətə malikdir. Həmçinin, bir milyard dollarlıq maliyyə imkanına malik Birgə İnvestisiya Fondu təsis edilib. Qeyd olunub ki, 2024-cü ilin avqustunda Şuşada keçirilmiş Azərbaycan-BƏƏ İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Birgə Komissiyasının 9-cu iclası da mühüm önəm daşıyır.
Bildirilib ki, ölkələrimiz enerji sahəsində də yaxından əməkdaşlıq edirlər. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən 2023-cü ilin oktyabr ayında tikilmiş Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda xarici investisiya ilə inşa edilən ilk bərpa olunan enerji stansiyasıdır. Bununla yanaşı, üç günəş və bir külək elektrik stansiyasının təməlləri qoyulmuşdur.
Spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Dost BƏƏ-nin Federal Milli Şurası ilə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm veririk. Bizim parlamentlərarası təşkilatlar çərçivəsində – PAİ, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı, APA və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində. də müsbət əməkdaşlığımız mövcuddur.
Milli Məclisin sədri BƏƏ parlamentinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib. Spiker Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin institusional inkişafı üçün Azərbaycanın verdiyi töhfələri diqqətə çatdırıb. Söhbət zamanı cari ilin aprel ayında Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçirilməsi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Humaid Matar Mohd Altayer Azərbaycanda olmaqdan və APA-nın 15-ci plenar sessiyasında iştirak etməkdən məmnunluğunu bildirib. O, qeyd edib ki, Azərbaycanın APA-ya sədrliyi dövründə çox işlər görülüb və bu işlər təşkilatın əhatə etdiyi bölgə üçün çox vacibdir.
Qonaq bu təşkilatı orada təmsil olunan ölkələrin parlamentləri ilə iş aparmaq, onları düşündürən məsələləri müzakirə etmək üçün əlverişli platforma adlandırıb. Bildirilib ki, dövlət başçılarımız arasındakı yaxşı münasibətlər parlamentlərimizə də öz müsbət təsirini göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri də parlamentlərarası əlaqələrimizin dərinləşməsində böyük rol oynaya bilər.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da müzakirələr aparılıb.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri