Icma.az
close
up
RU
Sahibkar: ABAD la birlikdə yeni məhsul çeşidləri üzərində işləyirik

Sahibkar: ABAD la birlikdə yeni məhsul çeşidləri üzərində işləyirik

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 20 fevral, Göyçək Mahmudlu, Aytac Babayeva, Mirrəsul Cəfərov, AZƏRTAC

Stendlərin marketlər şəbəkəsində qurulması yeni konsepsiya idi. Biz bu barədə "ABAD"la birlikdə qərara gəldik. Çox uğurlu konsepsiya oldu.

Bunu AZƏRTAC-ın müxbirləri ilə söhbətində "ABAD"çı sahibkar, həkim-nutrisioloq Maya Səbzəliyeva bildirib.

O deyib ki, həm sahibkar, həm də həkim-nutrisioloq kimi fəaliyyət göstərir. “İxtisasca həkim olsam da çalşırdım ki, xəstələri dərmanlarla deyil, təbii vasitələrlə müalicə edim. Xəstəlikdən öncə onun profilaktikasına, həmin məqsədlə isə təbii vasitələrə üstünlük verirdim. Təbii vasitələrdən yağlar çox faydalıdır. Bazarda keyfiyyətli soyuq sıxım yağlarında boşluqlar var idi. Keyfiyyətli yağ çəkmək üçün özüm avadanlıq aldım. Lakin biznes təcrübəm olmadığına görə mənə çətin idi. Nəyi necə edəcəyimi, haradan başlayacağımı bilmirdim. Bununla əlaqədar olaraq, "ABAD"a müraciət etdim. "ABAD" mənə istiqamət verərək çox dəstək oldu. Rəsmi işləmək üçün nə etmək lazım olduğunu, qida təhlükəsizliyinin müvafiq sənədlərini necə əldə edə biləcəyimi bilmirdim. "ABAD" mənə bu istiqamətdə çox məsləhətlər verdi. Mən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdim. Müvafiq sənədləri və sertifikatları əldə etdim. İstehsal zonamı təmin etdim. Hazırda istehsal zonamda hər şey standartlara uyğun səviyyədədir. Daha sonra "ABAD" mənə iri marketlər şəbəkəsinə çıxış imkanı yaratdı. Bu da mənim kimi yeni başlayan sahibkar üçün çox faydalı addım idi. İri marketlərdə sağlam məhsulların olmasına tələbat var idi. Məhsulların sərgilənməsindən əlavə son üç ildir ki, marketlərdə "ABAD"ın dəstəyi ilə stendlərimiz də var. Həmin stendlərdə canlı istehsal prosesi həyata keçirilir. Göz önündə yağlar, əzmələr çəkirirk ki, bu da müştərilərin diqqətini cəlb edir. Bu, onlarda güvən hissi yaradır. Müştərilər istehsal prosesini gözləri ilə görür və məhsulları əldə edirlər", - deyə o vurğulayıb.

Artıq 8 ildir ki, bu istiqamətdə işlədiyini deyən Maya Səbzəliyeva "SM FRESH OIL" brendini yaratdığını da diqqətə çatdırıb: ""ABAD"la birlikdə fəaliyyət göstərirəm, əməkdaşlığım davam edir. Mənə onların çox dəstəyi olub. "ABAD"çılara dəstək müxtəlif ola bilir və onların ehtiyaclarına uyğun olaraq dəyişir. Məhsulların paketlənməsi və etiketləri özümə aid olsa da, "ABAD" bəzi məhsulların dizaynında mənə dəstək olub. Tanınan iri marketlər şəbəkəsində varıq. Onlayn platformada da məhsullarımız satışdadır. Sosial şəbəkələrdə həmin məhsulların təkcə satışı ilə məşğul olmuram, onların istifadə qaydası haqqında da məlumat verirəm. Maarifləndikdən sonra müştərilər həm güvənərək əldə edirlər, həm də onu necə istifadə edəcəkləri ilə məlumatlanırlar. Sözün düzü, başladığım yolun bu qədər uğurlu olacağını düşünmürdüm. Lakin mən həm inadçı, həm də kreativ, yeniliklərə meyilliyəm. Müştərilərin təlabatlarına uyğun olaraq, çeşidlərimi artırmağa davam edirəm. Bu yola yağlarla başladım, daha sonra çeşidləri artırdım. Qlütensiz unlar istehsal etməyə başladım. Marketlərdə ilk olaraq yerli istehsal kokos unu məhz "ABAD"ın dəstəyi ilə bizim unumuz oldu. Bundan əvvəl vətəndaşlar xarici bazarlardan bəzən onlayn sifariş edərək kokos unu əldə edirdilər. Digər qlütensiz unları ilk olaraq marketlərə "ABAD"ın dəstəyi ilə çıxarmışam. "ABAD"la birlikdə yeni məhsul çeşidləri üzərində işləyirik. Bunlar yağlar, qlütensiz unlar, əzmələr, son çeşid məhsullar, məcunlardır. Yeniliklər üzərində işlədiyimiz, müştərilərə daim yeni məhsullar təqdim etdiyimiz üçün bazarda uğur qazana bilmişik".

Maya Səbzəliyeva AZƏRTAC-ın müxbirlərinə bir neçə məhsulun canlı istehsal prosesini də nümayiş etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri