Icma.az
close
up
RU
Sahibkarlar qarşısında şərt qoyulsun Tıxacla bağlı TƏKLİF

Sahibkarlar qarşısında şərt qoyulsun Tıxacla bağlı TƏKLİF

Icma.az bildirir, Metbuat portalına istinadən.

Paytaxt Bakıda son illərdə yeni zolaqların salınması və nəqliyyat infrastukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da, tıxac problemi həllini tapmır. Pik saatlarda avtomobillərin sıxlığı o həddə çatır ki, nəqliyyat axını demək olar ki, dayanır. Bu mənzərə sürücülərlə yanaşı, ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün də çətinliklər yaradır.

Maraqlıdır, Bakıda tıxacların əsas səbəbi nədir: yol infrastrukturu, avtomobil sayı, yoxsa qeyri-effektiv nəqliyyat idarəetməsi?

Mövzu ilə bağlı Metbuat.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, sadalanan faktorların hər üçü tıxacların yaranmasının əsas səbəblərdəndir:

“Təbii ki, yol infrastrukturu önəmlidir. Bakıda şəhərsalma prosesi başlayandan bəri enli olmayıb. Yəni prospektlər yetərincə infrastruktur imkanına sahib deyillər ki, nəqliyyatın axınını tənzimləsinlər. Bir tərəfdən də avtobus yolları üçün ayrılan zolaqlar fərdi nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini ciddi şəkildə azaldıb. Prospektlərdə işıqlanma sistemi əksər yerdə tam ortada və kifayət qədər bardurlaşmış bir ərazini zəbt etməklə quraşdırılıb. Halbuki ən azı orada da bir nəqliyyat vasitəsinin hərəkətini tənzimləmək mümkün olardı”.

Ekspertin sözlərinə görə, Bakı şəhər olaraq meqapolisləşib və qeyri-mütənasib urbanizasiya burada yaşayan insanların sayını artırıb:

“Məsələn, 2 milyon vətəndaş üçün nəzərdə tutulan bir şəhərdə artıq 5 milyonun üstündə insanın yaşaması nəqliyyat vasitələrinin sayının da kifayət qədər artmasına gətirib çıxardıb. İşsizlik məsələsi təsiri altında insanlar daha çox imkanları qüvvəsi çərçivəsində nəqliyyat vasitəsi alıb taksi xidmətinə üstünlük verdilər. Hətta elə ailələr var ki, dörd nəqliyyat vasitəsinə sahibdir. İctimai nəqliyyatdan istifadə imkanlarımız çox məhduddur, çünki həddən artıq sıxlıq var. İnsanlar mənzil başına komfortlu çata bilmirlər. Bir halda ki, artıq yeraltı nəqliyyat vasitəmiz olan metroda dəhşətli sıxıntılar yaşanırsa, görün indi yerüstü nəqliyyat vasitəsinin istifadəsi nə gündədir?”

İ.Hüseynli qeyri-effektiv idarəetmədən də danışıb:

“Düşünürəm ki, sistem fərqli cür qurulmalı idi. Şəhərsalma ilə bağlı ciddi problemlər yaşandı. Xüsusən yüksək mərtəbəli binaların tikintisi, prospektlərin salınması zamanı parklama imkanlarının məhdudluğu da bir problem yaradır. Bütün yollarımız parklama xidməti üçün tənzimlənib - zolağın sağdan da, soldan da sıxışdırılması ciddi problemdir. Onda yaxşı olardı ki, sahibkarlar qarşısında şərt qoysunlar ki, məsələn, hər üç hündürmərtəbəli binadan biri hündürmərtəbəli parkinq kimi tikilsin. O da gəlir gətirən bir obyekt kimi onların xidmətinə verilsin. Ancaq artıq bu problemin geri dönüşü yoxdur. Ona görə ki, indiyə qədər ekspertlər, bu sahəni araşdıran şəxslər tərəfindən verilən heç bir təklif dövlət orqanları tərəfindən nəzərə alınmadı”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Yanvar 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri