Icma.az
close
up
RU
Sahil Babayevin yeni missiyası: Maliyyədə şəffaflığa nail ola biləcəkmi? ŞƏRH

Sahil Babayevin yeni missiyası: Maliyyədə şəffaflığa nail ola biləcəkmi? ŞƏRH

Icma.az, Azvision saytına istinadən bildirir.

Ölkədə istər iqtisadi, istər siyasi, istərsə də bütün digər sahələrdə islahatların və dəyişikliklərin ilk təşəbbüskarı həmişə dövlət başçımız İlham Əliyev olub və olaraq da qalır. Məhz Prezident bu və ya digər sahədə islahatlara start verir, bunu müvafiq kadr dəyişikliyi ilə həyata keçirdir. 2018-ci ildə Sahil Babayev məhz bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə gətirilmişdi.
O həmin posta təyin edilməmişdən öncə Prezident İlham Əliyev sosial istiqamətdə böyük islahatlara başlanılacağını anons etmişdi. Hər şey deyildiyi kimi oldu. 2019-cu ilin əvvəlindən ölkədə sayca 300-dən artıq vergi dəyişiklikləri qüvvəyə minməklə ilk sosial islahatın paketin icrası üçün start verildi.
Həmin ildən bəri beş sosial paket həyata keçirilib. Nəticədə minimum əməkhaqqı səviyyəsində 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək, müavinət və təqaüd ödənişlərində isə keçən ilədək 5 dəfə artım baş verib. Dövlət büdcəsində sosialyönümlü xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə yüksələrək 16,9 milyarda çatıb.
Yeri gəlmişkən, minimum əməkhaqqının artırıldığı illərə nəzər salsaq, 2019 xüsusilə seçilir. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı. Bununla da ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi. Ona qədər hökumət neçə illər buna nail olmağa çalışırdı. Artıq, beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla əvvəlki dövrdən fərqli, daha böyük məna və mahiyyət kəsb edir.
Bunlara necə nail olundu? Əlbəttə, asan olmasa da, çətin də deyil. Sözügedən dönəmdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bunları məhz dövlət başçımızın ona verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında bacardı. Böyük qətiyyət göstərildi - saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan minlərlə vətəndaş bu "hüquq”larından məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mexanizmlər dəyişdirildi, şəffaflaşdırıldı.
Sahil Babayevin Maliyyə naziri postuna gətirilməsi də təsadüfi deyil. Çünki bu dəfə ölkənin bütün maliyyə sferasında oxşar islahatlara ehtiyac var. Neft-qaz sektorundan gəlirlər getdikcə azalmaqda olduğundan, dövlət büdcəsi vəsaitlərinə qənaət indi daha ciddi məsələlələrdən birinə çevrilib.
Sosial sferada olduğu kimi, iqtisadi sferada da büdcə vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi, mənimsəmə, əsassız xərcləmə halları var. Hesab edirəm, Prezidentin tapşırıqlarına uyğun olaraq Sahil Babayev bu istiqamətdə də böyük dəyişikliklərə nail olacaq.
Məsələn, dövlət satınalmaları üzrə keçirilən tenderlərdə şəffaflığın təmini, vəsaitə qənaət və eyni zamanda keyfiyyətin təşkili, qorunması kimi amillər iqtisadi gəlirləri sırf resurs satışına bağlı olan ölkəmiz üçün düzgün inkişaf yolunun başlıca sütunlarından hesab olunur. Ölkəmizdə bu sahədə kifayət qədər geniş və əsaslı hüquqi-normativ baza mövcud olsa da heç də hər şey normal vəziyyətdə deyil. Çünki iqtisadi sistemin özündə problemlər mövcuddur. Bunların sırasında ən mühümü rəqabət şəraitinin zəifliyi və yaxud heç olmamasıdır. Bu, çox ciddi problem sayılır. Səbəbi ondadır ki, ölkədə bu və ya digər sahə üzrə müvafiq şirkətlərin sayı azdır, himayəçilik elementləri mövcuddur.
Digər səbəb inhisarçılıqdır. Bir çox tenderlərdə gizli və aşkar alternativsizlik hökm sürür. Nəticədə həm keyfiyyət, həm qənaət prinsipləri pozulur. Düzdür, sözügedən məsələdə şəffaflığın təmini və himayəçiliyin tamamilə aradan götürülməsi üçün ilk növbədə iqtisadiyyatın özündə çoxşaxəlilik olmalı, geniş və dərin rəqabət şəraiti hökm sürməlidir. Həm bu, həm də digər məsələlərdə Maliyyə Nazirliyinin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür.

Pərviz Heydərov
Azvision.az üçün
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Fevral 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri