Şahin Bağırov onları rəis təyin etdi Yenilənib
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tabeliyində olan iki mühüm gömrük postuna yeni rəislər təyin edilib.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun imzaladığı müvafiq əmrlərlə kadr dəyişiklikləri həyata keçirilib.
Əmrə əsasən, Baş inspektor Əvəzov Bəhram Sərvər oğlu Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Gömrük Postuna rəis təyin olunub.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı gömrük postunun sabiq rəisi Fərid Usubov 2025-ci ilin iyun ayında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə əvvəlcə sərəncama götürülmüş, eyni ilin dekabr ayında isə Hövsan limanında aşkarlanan külli miqdarda qaçaqmalçılıq (qanunsuz siqaret yükləri) işi ilə bağlı hüquq-mühafizə organları tərəfindən həbs edilmişdir.
Komitə sədrinin digər əmri ilə Baş inspektor Mehdiyev Habil Sabir oğlu isə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarəti Limanı” Gömrük Postuna rəis vəzifəsinə gətirilib.
Məlumat üçün əlavə edək ki, sözügedən vəzifənin icrası müvəqqəti olaraq Yasamal Rayon Məhkəməsinin sədri Anar Tanrıverdiyevin qardaşı Elmar Tanrıverdiyevə həvalə edilmişdi.
Baxış sayı:175
Bu xəbər 19 Sentyabr 2026 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















