Icma.az
close
up
RU
Şahin Bağırov Salyanda vətəndaşları qəbul edəcək

Şahin Bağırov Salyanda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Salyan şəhərində Salyan, Biləsuvar və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul dekabrın 13-də saat 10:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) baş tutacaq.

Qəbul zamanı Salyan, Biləsuvar və Neftçala rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

seeBaxış sayı:60
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri