Icma.az
close
up
RU
“Şahmat hər məktəbdə olmalıdır” Arkadi Dvorkoviçin ə EKSKLÜZİV AÇIQLAMASI VİDEO

“Şahmat hər məktəbdə olmalıdır” Arkadi Dvorkoviçin ə EKSKLÜZİV AÇIQLAMASI VİDEO

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Şahmatın bir çox ölkədə məktəblərdə tədris olunmasını əsas hədəflərimizdən biri hesab edirik”.

Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç İdman.Biz-in dünya şahmatının gələcək inkişafı ilə bağlı sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, şahmatın hər məktəbdə tədris edilməsi üçün milli şahmat federasiyaları ilə hökumətlər arasında əməkdaşlıq gücləndirilməli, ölkələrə təlim proqramları, metodik vəsaitlər və digər dəstək mexanizmləri təqdim olunmalıdır.

FIDE prezidenti vurğulayıb ki, bu addımlar kütləvi şahmatın inkişafına və daha çox uşağın bu idman növünə cəlb edilməsinə xidmət edəcək.

Dvorkoviç ikinci əsas prioritet kimi milli federasiyalar üçün müasir rəqəmsal xidmətlərin yaradılmasını göstərib. O qeyd edib ki, məqsəd maliyyə vəsaitlərinin cəlb edilməsi, layihələrin həyata keçirilməsi və idarəetmə proseslərini daha səmərəli təşkil etmək, eyni zamanda bürokratik maneələri minimuma endirməkdir. Bu isə federasiyaların fəaliyyətini daha çevik və effektiv edəcək.

FIDE rəhbəri üçüncü prioritetin Dünya Çempionatı silsiləsinin və Şahmat Olimpiadalarının media üçün daha cəlbedici hala gətirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, məqsəd yalnız şahmat həvəskarlarını deyil, daha geniş auditoriyanı da bu oyuna cəlb etməkdir. Dvorkoviç hesab edir ki, yeni nəsil şahmatçıların və onların uğur hekayələrinin daha geniş tanıdılması yeni sponsorların və tərəfdaşların cəlb edilməsinə, nəticədə isə şahmatın inkişafı üçün ayrılan maliyyə vəsaitinin artmasına şərait yaradacaq.

O əlavə edib ki, kütləvi şahmat, peşəkar şahmat və media arasında güclü əlaqənin qurulması FIDE-nin qarşıdakı dövr üçün əsas strateji hədəfidir.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) hazırkı prezidenti Arkadi Dvorkoviç üçüncü dəfə quruma rəhbərlik etməyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yeni seçkilərdə Arkadi Dvorkoviçin komandasında təmsil olunacaq. FIDE vitse-prezidenti Mahir Məmmədov 2018-ci ildən etibarən Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətində təmsil olunur.

Xatırladaq ki, FIDE prezident seçkiləri bu ilin sentyabrında Özbəkistanda keçiriləcək 46-cı Şahmat Olimpiadası çərçivəsində təşkil olunacaq Baş Assambleyada baş tutacaq.

Araz Xəlilli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 İyun 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri