Icma.az
close
up
RU
Şahmatçılar arasında rayon turniri keçirilib FOTOLAR

Şahmatçılar arasında rayon turniri keçirilib FOTOLAR

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

01 may 2026-cı il tarixdə YAP Zəngilan rayon təşkilatı və Zəngilan rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü”nə həsr olunmuş 8-14 yaşadək şahmatçılar arasında rayon turniri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin açılışında çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də ölkəmizin bütün sahələrində uğurla davam etdirilir. O qeyd edib ki, gənclərin intellektual inkişafına yönəlmiş bu kimi tədbirlər dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biridir və onların formalaşmasında xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Zəngilan rayon Uşaq Gənclər-İdman Şahmat məktəbinin direktoru Vidadi Kərimov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayonu üzrə nümayəndəsi Mehman Nəsirov, məktəbin məşqçi-müəllimi Gilə Məmmədyarova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan şahmatının inkişafındakı tarixi xidmətlərindən, gənc nəslin intellektual potensialının artırılmasına göstərdiyi böyük diqqət və qayğıdan bəhs edərək, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu cür turnirlərin təşkilində əsas məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda strateji düşünmə qabiliyyətinin formalaşdırılması və rayon üzrə istedadlı şahmatçıların aşkar edilməsidir.

Sonda yer tutan şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri