Icma.az
close
up
RU
Şahnaz Bəylərqızının vəkili: “Ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunacaq”

Şahnaz Bəylərqızının vəkili: “Ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunacaq”

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Jurnalist Şahnaz Hüseynovanın (Bəylərqızı) barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyilə keçirilən məhkəmə prosesində Şahnaz Bəylərqızı özü iştirak etməyib. Vəkili Bəxtiyar Hacıyevin Bizimyol.info xəbər portalına verdiyi məlumata görə, jurnalist səhhətindəki problemlərlə əlaqədar şəxsi istəyilə məhkəmədə iştirak etmək istəmədiyini bildirib. Müdafiəçinin sözlərinə görə, Şahnaz Bəylərqızı təzyiq və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir: “Səhhətində ciddi problemlər var. Bakı İstintaq Təcridxanasında saxlanılır. Saxlanma şəraitindən şikayəti yoxdur. Əksinə, səhhətindəki problemlərlə əlaqədar ona xüsusi diqqət və qayğı göstərilir”.

Vəkil bildirib ki, məhkəmədə apellyasiya şikayəti müdafiə edərək, Şahnaz Bəylərqızı haqqında həbs qətimkan tədbiri seçilməsinə əsas olmadığını bildirib.

Müstəntiq isə həbs qərarının əsaslı olduğunu söyləyib və dəyişmədən qüvvədə saxlanmasını xahiş edib.

Məhkəmə kollegiyası da Xətai Rayon Məhkəməsinin Şahnaz Bəylərqızı haqqında 6 fevral tarixli həbs qətimkan tədbiri qərarının qüvvədə saxlanması barərədə qərar çıxarıb.

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, jurnalistin ev dustaqlığına buraxılması üçün yenidən məhkəməyə müraciət edəcək: “Səhhətindəki problemlərdən əlavə, həm də iki azyaşlı uşaq anasıdır”.

Şahnaz Bəylərqızı fevralın 5-də “Toplum TV” ilə bağlı cinayət işi üzrə saxlanılıb. Onun evində axtarış aparılıb. Axtarış nəticəsində mənzildən telefonlar, kompüter götürülüb.

“Toplum TV” ilə bağlı cinayət işi 2024-cü ilin martında başlanıb, internet televiziyasının təsisçisi Ələsgər Məmmədli də daxil olmaqla, 8 nəfər həbs olunub, bir nəfər haqqında isə alternativ qətimkan tədbiri seçilib. Onlar haqqında istintaq bu yaxınlarda yekunlaşıb. Onlara qarşı qaçaqmalçılıq, cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. ittihamlar irəli sürülüb. Jurnalistlər özlərini təqsirli bilmir.

Əvvəllər “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində, “Azadlıq” radiosunda çalışmış Şahnaz Bəylərqızı son illərdə “Toplum TV”də aparıcı-redaktor olub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri