Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 9 iyun, AZƏRTAC
Mərhum Uels şahzadəsi Diananın məşhur "qisas paltarı" (The Revenge Dress) ilə tədbirə qatıldığı avtomobil hərracda 66 min 250 funt-sterlinqə satılıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 1994-cü ilin iyun ayında Şahzadə Diana o zamankı həyat yoldaşı Şahzadə Çarlzın televiziya müsahibəsində Kamilla Parker-Boulzla münasibətini etiraf etməsindən bir neçə saat sonra Londonda keçirilən tədbirə qatılmışdı. Diana həmin tədbirə qara rəngli, çiyinləri açıq zərif paltarda gəlmiş və avtomobildən enərkən çəkilən görüntülər dünya mediasında geniş rezonans doğurmuşdu.
Həmin gün Diananı tədbirə aparan “Jaguar XJ40” markalı avtomobil 30 ildən artıq müddətdən sonra Cənubi Oksfordşirdə keçirilən hərracda satılıb. Hərracı təşkil edən “The Market” şirkətinin məlumatına görə, avtomobil Böyük Britaniyadan olan kolleksiyaçı tərəfindən alınıb. Bildirilib ki, satış qiyməti avtomobilin ilkin dəyərindən 16 dəfə yüksək olub və bu, “Jaguar XJ” modeli üçün yeni rekord hesab edilir.
Məhz bu avtomobil Şahzadə Diananın sonradan media tərəfindən “qisas paltarı” adlandırılan məşhur görünüşünün fonunda yer alıb. Qara ipək və şifondan hazırlanmış paltar şahzadənin ən yaddaqalan obrazlarından biri kimi tarixə düşüb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:208
Bu xəbər 09 İyun 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















