Icma.az
close
up
RU
Şahzadə Diananın sevimli saatları

Şahzadə Diananın sevimli saatları

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Smartfonların hələ icad olunmadığı dövrlərdə qol saatları əvəzolunmaz əşya sayılırdı. Şahzadə Diananın kolleksiyasında çoxsaylı modellər var idi: gündəlik klassik üslubdan tutmuş brilyantla bəzədilmiş zərif dizaynlara qədər. 

Lent.az bu unikal saatlardan bəzilərini təqdim edir.

Cartier – Tank Louis

Sarı qızıldan hazırlanmış, tısbağa dərisindən qara qayışlı bu saatların Dianaya atası, 8-ci Qraf Spenser tərəfindən hədiyyə edildiyi güman olunur. Şahzadə üçün bu, gündəlik istifadə etdiyi model idi.

Patek Philippe – Calatrava

Sarı qızıldan hazırlanmış qolbaqlı bu saatlar Dianaya 20 illik ad günü münasibətilə şahzadə Çarlz tərəfindən hədiyyə olunmuşdu. Lakin boşandıqdan sonra o, bu saatları taxmağı dayandırdı.

Cartier – Tank Française

Sarı qızıldan hazırlanmış bu model, qolbağa inteqrasiya olunmuş fərqli korpusa malikdir. Diananın ölümündən sonra bu saatlar onun kiçik oğlu şahzadə Harriyə miras qaldı. Hazırda bu saatları Harriyin həyat yoldaşı Meqan Markl taxır.

Cartier – Panthère

Bu qızıl saatları Dianaya sevgilisi Dodi əl-Fayyed hədiyyə etmişdi. Panthère modeli dördbucaqlı, lakin küncləri yumrulanmış korpusu ilə fərqlənir.

Vacheron Constantin – Brilyantlı kokteyl saatı

Bu brilyantlı saatlar əvvəlcə İsveçrə tərəfindən kraliça II Yelizavetaya toy hədiyyəsi kimi təqdim edilmişdi. Kraliça daha sonra həmin qiymətli saati 1981-ci ildə oğlu şahzadə Çarlzla evlənərkən Dianaya toy hədiyyəsi olaraq vermişdi.

Patek Philippe – Calatrava 

1981-ci ildə Diananı Vindzor qəsrindəki Guards polo klubunda iki saatla birgə görüntüləmişdilər. Bunun çox duyğusal səbəbi var idi — şahzadə Çarlz poloda oynayarkən, Diana onun Patek Philippe saatlarını öz saatı ilə birlikdə taxırdı. Bu, onun sevgi və qayğı rəmzi idi. Şahzadə bu jesti bir neçə dəfə təkrarlamışdı — hələ münasibətləri isti olan dövrlərdə. Onun bu romantik hərəkəti həmin saatı əsl simvola çevirdi.

Asprey

Diana bu brilyant saatları Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsindən hədiyyə olaraq almışdı. Saatlar tam bir zərgərlik dəstinin tərkib hissəsi idi — dəst boyunbağı, qolbaq, sırğa və üzükdən ibarət idi. Daha sonralar Diana bu saatı çoker (boyunbağı) formasına salaraq yenidən düzəltdirmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Noyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri