Icma.az
close
up
RU
İri planda: Qulu Məhərrəmli Vaqif Bəhmənlinin təqdimatında

İri planda: Qulu Məhərrəmli Vaqif Bəhmənlinin təqdimatında

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu günlərdə "Zərdabi" Nəşrlər Evi Vaqif Bəhmənlinin professor Qulu Məhərrəmlinin elmi-publisistik yaradıcılığına və vətəndaşlıq missiyasına həsr olunan "İri planda: Qulu Məhərrəmli" kitabını çap edib. Burada 50 illik jurnalistika yaradıcılığı və elmi-nəzəri fəaliyyət yolu keçmiş sanballı media adamının, tədqiqatçı-alimin, pedaqoq və ictimai xadimin ədəbi-elmi alışmalarının əsas istiqamətləri ardıcıl şəkildə, analitik-publisistik üslubda təsvir olunub.

Kitabda "Zəngilan", "Ömrün yol xəritəsi", "Özül daşları", "Yeddi itki", "Daşlar yerinə oturur", Səhərin adamı", "Dəryaya baş vurmaq", "Kiçik ekranın böyük gücü", "İşığa doğru", "Professorun dərsləri" kimi başlıqlı yazılar yer alıb.

Müəllif bildirib ki, Qulu Məhərrəmli ilə 51 ildir, eyni yolu gedir: "Hər ikimiz Qarabağ kökənli, Araz qıraqlıyıq. Hər ikimiz 7 ay fərqlə (Qulunun böyüklüyü xeyrinə) bu dünyaya göz açmışıq, hər ikimiz eyni ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub, eyni ildə, eyni radio-televiziya jurnalisti sektorunu başa vurub, eyni ixtisas qrifli diplom almışıq. Bu yazının cəfasına ona görə qatlaşmıram ki, Qulunun 50, 60 yaşa yetdiyi illərdə onun ictimai varlığının xalqımıza ən azı xatırladılması üçün qəlbimin dərinliklərindən gələn, onun qaynar yaradıcılığına söykənən yazılar yazıb dərc etdirmişəm. Bəlkə bu, yarana biləcək boşluğa fürsət verməmək istəyidir? Əslində məndən 7 ay öncə 70 yaşına yetişən Qulu Məhərrəmlinin yaradıcılığına üz tutmağımın əsas səbəbi onun cəmiyyətdə örnək şəxsiyyət kimi qəbul edilməsi, ictimai ölçülərlə yaşaması, aydın məslək sahibi olması, ən çətin anlarda belə öz həyat prinsiplərinə sadiq qalması, çoxlarına nümunə olacaq ləyaqətli bir ömür sürməsidir. O, son 40 ildə çox az sayda azərbaycanlı jurnalistin, mətbuat xadiminin qazana biləcəyi uğurlara nail olmuşdur. Əmin ola bilərsiniz, bu yazı onun şəxsiyyətinə, yaradacılığına istinadən formalaşsa da, baş qəhrəman, bədii-publisistik məna Qulu Məhərrəmlinin timsalında Azərbaycan mətbuatının nail olduğu praktik və nəzəri səviyyədir. Və məncə, belə bir ciddi mövzunu ictimaiyyətə yetirmək üçün onun yaradıcılığına öyrənməyə, kitablarını qucağında qalaqlayıb avqustun qızmarında hansısa kölgə düşən bucaqda yazı masasına sinə gərməyə dəyər".

Vaqif Bəhmənli qeyd edib ki, zəngin bioqrafiyaya sahib, peşəkar jurnalist, ustad televiziya aparıcısı, araşdırmaçı-alim, mətbuat nəzəriyyəçisi, pedaqoq, jurnalistikanın bütün platformalarında eyni dərəcədə hünər göstərən Qulu Məhərrəmli kimi jurnalistlərin qidalandığı mənbələr çox qədimlərə gedib çıxır, onlar mətbuat tarixi prosesinin seçilmiş davamçıları, azad, gerçək, vaxtında deyilmiş sözün vəkilləridir. Radio və televiziyanin ecazkar dünyasına ömürlük bağlanmazdan öncə Qulu Məhərrəmli milli mətbuatımızın "Əkinçi", "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəskül", "Kaspi", "Şərqi-rus", "Həyat", "İrşad", "Fiyuzat", "Molla Nəsrəddin", "Azərbaycan" (Gəncə, 1918 - V.B.), "Açıq söz" adlarıyla nəşr olunan, milli mətbuat tarixinin sələfi sayılan qəzet və jurnalların mövzu, mücadilə, söz bulağından su içmiş, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə... kimi mübariz, alovlu publisistlərin, hərəsi bir cəhətdən mətbuat banisi olan vətənsevər, yaradıcı şəxsiyyətlərin köynəyindən keçib: "Siz onun  üzündə xoş təbəssüm, qarşısına çıxan hər kəsə iltifat göstərib insanlar arasında sakit-sakit dolaşmağına, müxtəlif səviyyəli tədbirlərə, xeyir-şər məclislərinə hay-küysüz qatılmağına baxmayın. Söz var, deyir, axmaq adam həmişə öndə dayanmağa can atır ki, onu hamı görsün, ağıllı adam nəzər tutmayan yerdə dayanır ki, o özü hamını görsün. Xalqımızın keçib gəldiyi tarixi mərhələləri, milli mətbuat, habelə milli mənəviyyat laylarını araşdıran, "hər yerə başını soxan jurnalisti oliqarxlar, müftəxorlar, rüşvətxorlar, diletantlar necə sevə bilər ki" deyən və əməldə xalqın ən ağrılı əzalarına sığal çəkən bu şəxs birmənalı olaraq, Vətənimizin seçilmiş, qənimət insanıdır. Onun söykəndiyi dayaqlar sarsılmaz, qidalandığı mənbə xəlqidir, bəşəridir, safdır".

V.Bəhmənli yazır ki, yaxşı adamın bütün davranışları iddiasız olur. İddialı yerin böyür-başında eqo göyərir, təmənna boy göstərir. İddiasız insan üçün həqiqəti söyləmək, əl tutmaq adi vərdişdir, gündəlik iş, həyat tərzidir. Yaxşı adam cəmiyyətin xırıltısız, hiss olunmadan gedib-gələn nəfəsidir: "Heç insan nəfəs aldığına görə qürrələnərmi? Qulu Məhərrəmli xeyir-şər məclislərinə, müxtəlif rəngli tədbirlərə elə qatılır, oradan elə ayrılır ki, sanki o, heç burda olmayıb. Heç vaxt karyeraya can atmayan, olan şöhrətinə belə məhəl qoymayan, milli mücadilənin başlanğıcında geniş meydanlarla yanaşı, hər küncdə-bucaqda dikələn xitabət kürsülərinə sarı şığımayan bu insan əslində şüurlu həyatının bütün mərhələlərində qaynar qazanın içində olub".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri