Şakira keçmiş ərini məhkəməyə verdi
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müğənni Şakira və keçmiş əri Jerar Pike ayrılıqlarından dörd il sonra yenidən məhkəmədə görüşüblər.
OLAY yazır ki, müğənni Barselonaya gələrək qapalı keçirilən məhkəmə iclasında iştirak edib. O, burada oğulları Milan və Saşa ilə bağlı mövcud qəyyumluq razılaşmasına yenidən baxılmasını tələb edib.
İddianın səbəbi oğlanların məktəb tətillərinin qısa olmasıdır. Sənətçinin nümayəndələri bildiriblər ki, cəmi bir neçə günlük istirahət üçün Mayami ilə İspaniya arasında saatlarla davam edən transatlantik uçuşlar uşaqların təhsil və sosial həyatdakı gündəlik rejiminə ciddi təsir göstərir.
Şakiranın vəkilləri səfərlərlə bağlı məsuliyyətin bərabər bölüşdürülməsini tələb ediblər. Qısa tətillər zamanı Pike oğulları ilə görüşmək üçün özü ABŞ-yə uça bilər və beləliklə, uşaqların adi rejimi pozulmaz.
Bununla yanaşı, Şakiranın komandası vurğulayıb ki, söhbət atanın uşaqları ilə ünsiyyət müddətinin azaldılmasından getmir. Bu dəyişiklik oğlanların öyrəşdikləri mühitdə qalmasına və qısa səfərlər səbəbindən transatlantik uçuşların yaratdığı saat qurşağı fərqindən əziyyət çəkməməsinə imkan verəcək.
Baxış sayı:61
Bu xəbər 08 Oktyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















