Salvador prezidenti bitcoin istehsalı üçün vulkanları icarəyə verə bilər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Salvadorda 170 vulkan var və onları "bitcoin" mədənçiliyi üçün icarəyə vermək fikri məntiqlidir".
Oxu.Az xəbər verir ki, bu barədə respublika Prezidenti Nayib Bukele "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Bukelenin "bitcoin" üzrə baş məsləhətçisi Maks Kayser bildirib ki, vulkanların icarəyə verilməsi Salvadoru adambaşına düşən "bitcoin" aktivlərinə görə lider ölkəyə çevirəcək.
Hazırda ölkə 0,00093 "bitcoin"lik dövlət aktivləri ilə ikinci yerdədir və Butandan 0,01546 "bitcoin" geri qalır. Kayzer hesab edir ki, bu göstərici hər bir ölkə üçün milli təhlükəsizlik məsələlərindən sonra ən vacib göstəricidir.

El Salvador Prezidenti Bitcoin almağa davam edəcəklərini söyləyib
05 Mart 2025 15:56
Salvador prezidenti Trampı təbrik etməyə tələsib
06 Noyabr 2024 12:06
Salvador ABŞ dən olan təhlükəli cinayətkarlar üçün öz həbsxanalarını təklif edib
04 Fevral 2025 11:02
Salvador sahillərində güclü zəlzələ baş verib
06 Yanvar 2025 01:43
Vaşinqton və San Salvador razılığa gəliblər
04 Fevral 2025 08:18

